23 Yanvar 2022 00:43
898
İQTİSADİYYAT
A- A+

Pambıq sahəsi üzrə ilk aqrar sığorta ödənişi edilib

 

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində pambıq sahələri üzrə ilk aqrar sığorta ödənişi edilib.

AZƏRTAC xəbər verir ki, ölkənin ən böyük pambıq istehsalçılarından olan “MKT İstehsalat Kommersiya” MMC-nin müxtəlif rayonlardakı pambıq əkini sahələri Aqrar Sığorta Fondu tərəfindən sığorta edilib. Bitki xəstəlikləri nəticəsində şirkətin Yevlax rayonu Aran qəsəbəsində yerləşən, sahəsi 15 hektar olan pambıq sahəsinə və Ağcabədi rayonunun Əhmədbəyli kəndində yerləşən, ümumi sahəsi sahəsi 41 hektar olan pambıq sahəsinə zərər dəyib. Aqrar Sığorta Fondu və “MKT İstehsalat Kommersiya” MMC arasında imzalanmış müvafiq müqaviləyə uyğun olaraq, baş vermiş sığorta hadisəsi üzrə MMC-yə 17834 AZN və 7116 AZN olmaqla, ümumilikdə, 24950 AZN ödəniş edilib.

Bu, Azərbaycanda dövlət dəstəkli aqrar sığortanın tətbiqindən sonra pambıq sahələri üzrə ilk sığorta ödənişidir. Sığorta ödənişi ilə bağlı olaraq yanvarın 21-də “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq emalı zavodunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun və “MKT İstehsalat Kommersiya” MMC-nin rəhbərliyi, Ağcabədi DAİM və digər dövlət qurumlarının nümayəndələri, əkinçilik və digər sahələrdə fəaliyyət göstərən fermerlər və iş adamları iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda 2020-ci ilin sonundan fəaliyyətə başlayan dövlət dəstəkli aqrar sığorta çərçivəsində, ümumilikdə, 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Sığortalanan pambıq sahələri isə 10,5 min hektardan artıqdır.

Aqrar sığorta əkin sahələri ilə bağlı dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri, eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri üzrə təminat verir.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov bildirib ki, kənd təsərrüfatında strateji istiqamətlərdən olan pambıqçılıq sahəsinin sığortaya cəlb edilməsi bu sahədə çalışan fermer və şirkətlərin risklərini qorumaqla yanaşı, pambıqçılıqdan faydalanan bölgə sakinlərinin rifahına da müsbət təsir edir: “Nazirlər Kabinetinin müvafiq qərarları ilə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısı 14-dən 41-ə qaldırılıb, nəticədə ölkədəki əkin sahələrinin 95 faizini sığortalamaq mümkündür. Bu gün həyata keçirilən sığorta ödənişi göstərir ki, aqrar sığorta kənd təsərrüfatı sahəsində biznesin dayanıqlığına dəstək verməyə başlayıb. Sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi və dövlət təminatı nəticəsində aqrar sığorta fermerlər üçün sərfəli və etibarlı alətə çevrilib”.

Tədbirdə çıxış edən “MKT İstehsalat Kommersiya” MMC-nin İdarə heyətinin üzvü və Baş əməliyyat direktoru Vüqar Ağayev təmsil etdiyi qurumun aqrar sığorta mexanizminin fəaliyyətindən məmnun qaldığını bildirib. Onun sözlərinə görə, “MKT İstehsalat Kommersiya” MMC ölkənin müxtəlif bölgələrində pambıq sahələri və pambıq emalı zavodları mövcuddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video