Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayi ilə görüş olub.
Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistanın dövlət başçıları tərəfindən iki ölkə arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini, qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir ölkəmizin ərazi bütövlüyünün təminatı məsələsinin həllində Pakistanın Azərbaycana daimi siyasi və mənəvi dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və bu dəstəyə görə minnətdarlığını ifadə edib.
S.Babayev iki ölkənin əmək, məşğulluq və sosial müdafiə sahələri də daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu bildirib.
Ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası barədə məlumat verən nazir sosial sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin qarşılıqlı fayda verəcəyini vurğulayıb.
Azərbaycanın Pakistan üçün dost və qardaş ölkə olduğunu bildirən B.Hayi iki ölkənin əməkdaşlıq əlaqələrinin daim genişlənməsinin məmnunluq doğurduğunu vurğulayıb. Sosial sahədə də həmin əlaqələrin ildən-ilə genişlənəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində S.Babayev və B.Hayi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalayıblar.
Sənədin Azərbaycan və Pakistanın əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrinin inkişafında mühüm rol oynayacağı vurğulanıb.
Memorandumda iki nazirlik arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət, əməyin mühafizəsi, həssas qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsi, işsiz və işaxtaranlar üçün peşə hazırlığı, peşə standartlarının hazırlanması və tətbiqi, əməkçi miqrantların hüquqlarının təminatına nəzarətin həyata keçirilməsi və s sahələrdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin sənəddə əlilliyi olan şəxslərin reabilitasiyası və məşğulluq imkanlarının artırılması, əlilliyin qiymətləndirilməsi, əlilliyi olan şəxslərlə bağlı siyasətin təkmilləşdirilməsi və digər sahələrdə əməkdaşlıq edilməsi əksini tapır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Brüssel gündəliyini qalib Azərbaycanın maraqları müəyyən edir
06 Iyul
4 ayda məktub
06 Iyul
Qazax rayonunun Qarapapaq-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
06 Iyul
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının ...
06 Iyul
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının ...
06 Iyul
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında social müdafiə sahəsind...
06 Iyul
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
06 Iyul
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
06 Iyul
"Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli...
06 Iyul
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Minera...
06 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!