20 Dekabr 2022 18:20
450
Elm və texnika
A- A+

Pakistanın Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzi açılıb

 

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi alimlərdən ibarət nümayəndə heyəti Pakistanda işgüzar elmi səfərdədir.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, beynəlxalq konfransa dəvət almış Azərbaycan nümayəndə heyətinin üzvləri əvvəlcə Lahor Dövlət Kollec Universitetinin rektoru professor Əsgər Zaidai ilə görüşüblər.

Əsgər Zaidai Azərbaycan alimlərinin dost və qardaş Pakistana səfərindən məmnunluğunu bildirib, Dövlət Kollec Universitetinin iki yüz ilə yaxın tarixindən, fəaliyyətindən, o cümlədən Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin perspektivlərindən danışıb.

Görüşdə Azərbaycan-Pakistan elmi əlaqələrinin hazırkı vəziyyətindən, elmi əməkdaşlığın əhəmiyyətindən danışılıb, iki ölkənin uğurlu siyasi-diplomatik münasibətlərinin möhkəm təməllərinin elmi əlaqələrə də böyük təkan verdiyi vurğulanıb.

Sonra Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzinin açılışı olub. Mərasimdə bu Mərkəzin elmi əlaqələrin daha da genişlənməsinə təsir göstərəcəyi bildirilib. Həmçinin Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin inkişafında böyük rol oynayacağı vurğulanıb.

Daha sonra Lahor Universitetində “Azərbaycan-Pakistan əlaqələri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video