28 Yanvar 2022 14:05
530
DÜNYA
A- A+

Pakistanda silahlı şəxslərin hücumu nəticəsində 10 hərbçi həlak olub

Belucistan əyalətinin cənub-qərbində silahlı şəxslərin hücumu nəticəsində Pakistan ordusunun 10 hərbçisi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat yayıb.

Məlumata görə, ekstremistlər Keç rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum edib. İntensiv atışma nəticəsində 10 hərbçi və hücum edən şəxslərdən biri həlak olub, bir neçə nəfər yaralanıb, üç silahı isə əsir düşüb.

Qeyd edək ki, 2021-ci ilin sonlarında Belucistan əyalətində vəziyyət gərginləşib. Pakistan hökumətinin ölkədə mərkəzi hakimiyyəti gücləndirmək istiqamətində həyata keçirdiyi tədbirlər buna qarşı çıxan millətçi və separatçı qrupların fəallığını artırıb. Ekstremistlərin hücumları qlobal “Bir kəmər-bir yol” layihəsinin əsas obyektlərindən biri olan Qvadar dəniz limanının, eləcə də Çinin köməyi ilə Pakistanda tikilən digər iqtisadi obyektlərin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video