12 Yanvar 2022 12:44
772
DÜNYA
A- A+

Pakistanda 1,4 milyon əfqan qaçqın var

 

Son məlumata görə, Pakistanda rəsmi olaraq qeydə alınan 1,4 milyon əfqan qaçqın var.

AZƏRTAC xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarının yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, ötən il aprelin 15-dən dekabrın 31-dək Pakistanda Əfqanıstan qaçqınlarının siyahıya alınması ilə bağlı aparılan kampaniya uğurla başa çatıb, qaçqınlara vəsiqələr - “smart-kart” təqdim edilib. İçərisində beş yaşınadək 200 min uşaq olmaqla ümumilikdə yeni qeydə alınan 700 min qaçqına vəsiqələr təqdim olunub.

Vəsiqələrdə hər bir qaçqın haqqında biometrik göstəricilər yer alıb. Bu vəsiqə vasitəsilə səhiyyə və tədris müəssisələrində, banklarda qaçqınlara lazimi xidmət göstəriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video