Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxsin qanunsuz əməlləri ifşa olunub
Özünü Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşlara məxsus pul vəsaitlərini aldatma yolu ilə ələ keçirmiş Abasov Tural Məharət oğlu barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaqla Tural Abasovun ayrı-ayrı vətəndaşlara özünü Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək guya məhkəmə sistemi, mərkəzi icra hakimiyyəti orqanları və bu kimi digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrindən istifadə edərək onların məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş yaxınlarının azadlığa buraxılması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə xəstəliyə və aztəminatlılığa görə müavinət təyin edilməsinə kömək göstərilməsi adı altında həmin şəxslərin ümumilikdə 50 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bu qanunsuz hərəkətləri ilə vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlarla Tural Abasova Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
17 May
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib...
17 May
Litva Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib
17 May
Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasını...
17 May
Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17 May
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yeddi yoluxma faktı qeydə alınıb
17 May
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə yer alıb
17 May
İsveç və Finlandiya NATO-ya daxil olmaq üçün birlikdə müraciət edəcəklər
17 May
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 min 812 nəfər artıb
17 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!