Özbəkistan parlamentinin sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırılıb
Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 26-da Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin sədri Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rolunu vurğulayıb. Sədrin sözlərinə görə, iki ölkə arasında dostluq əlaqələri ümumi dəyərlər və tarixi bağlılıqla yanaşı, ikitərəfli səfərlər və görüşlər zamanı imzalanmış bir sıra birgə bəyanatlar və müqavilələrə əsaslanır. Sədr hazırda Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da genişləndirilməsi üçün müvafiq hüquqi bazanın mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, Azərbaycan və Özbəkistanın parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini deyib. Sahibə Qafarova, həmçinin ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Qələbədən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işləri haqqında həmkarını məlumatlandırıb.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da dost ölkələrimiz arasında münasibətlərin inkişafından razılığını bildirərək qeyd edib ki, Azərbaycanla Özbəkistan bir çox sahələrdə əməkdaşlıq edir. O, Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafında parlamentlərin rolunu da qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Söz sahibi Azərbaycandır
22 May
Ağ Evdən Bakıya növbəti dostluq və əməkdaşlıq mesajı
22 May
Azərbaycanda təbii qaz hasilatı artıb
22 May
Müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığın təməlidir
22 May
Bütün yollar Ağdama gedir
22 May
Təbiətlə yaşayanlar
22 May
Küçələr yuyuldu, ağaclar budandı, yeni gül kolları əkildi
22 May
İrəvanda polis zor tətbiq edir, etirazçılar isə silahlandırılır
22 May
Tütün həm can alır, həm də pul sovurur
21 May
Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir
21 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!