28 Yanvar 2022 00:13
1173
Oxucu məktubları
A- A+

Özbaşınalıq yüzlərlə sakinin yolunun kəsilməsinə səbəb olub

 

Xətai rayon Gəncə prospekti, 27 saylı binanın çoxsaylı sakinlərinin haqlı narazılıqları artıq 4 aydır ki, öz həllini tapmır. Buna başlıca səbəb isə dövlət tərəfindən standartlara uyğun olaraq eni 2 metr olan və aqlayla döşənmiş pilləkəni qanunsuz olaraq Ələmdar Alverdiyev adlı bir şəxsin sökərək tam yararsız vəziyyətə salmasıdır.

Onu da qeyd edək ki, bu pilləkən bina sahiblərinin avtobus dayanacağına, orta məktəblərə, körpələr evinə və ərzaq dükanlarına gediş-gəlişi üçün yeganə yoldur.

Ə.Alverdiyev sökdürdüyü pilləkənlərin yerində qanunsuz obyekt inşa etdirəcəyini bildirir. Bunun üçün ciddi təhlükə mənbəyi sayılan yüksək təzyiqli qaz xəttinin yerini də dəyişdirib.

Onu da bildirək ki, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmişik. Sizdən xahiş edirik ki, bu məsələnin həlli yolunda bizə yardımçı olasınız.

 

Cəfərov Səttar Cəfər oğlu,

Məmmədov Ziya Əlişir oğlu,

Quliyev Şövqi Zakir oğlu,

Cəbrayılzadə Sahib Sərdar oğlu... cəmi 14 nəfər

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video