25 Iyun 2022 02:35
624
Elm və texnika
A- A+

Oyun həvəskarları üçün yenilik

 

"Canyon" şirkəti yeni oyun aksesuarları seriyasını təqdim edib. Şirkətin istehsal etdiyi oyun üçün kompüter "siçan"ları, klaviaturalar, qarniturlar və kreslolar həm oyun həvəskarlarının tələblərinə cavab verir, həm də gündəlik istifadə üçün yararlıdır.

"GM20" oyun "siçan"ının hərəkəti ən son innovasiyaları özündə ehtiva edir. İnanılmaz dərəcədə yüngül korpus, 1000-12000 DPI diapazonuna malik "Pixart 3360" peşəkar optik sensor, proqramlaşdırıla bilən 7 düymə, parametrlərin köklənməsi istifadəçilər üçün geniş imkanlar yaradır. Oyun "siçan"ının forması sağ əllə istifadə edilir. 10 effektə malik "RGB" altişığı oyun prosesini daha maraqlı edir. İnnovativ mexanizmi sayəsində bu mexaniki klaviatura oyunçulara öz bacarıqlarını tam şəkildə göstərmək imkanı yaradır.

Cihazın son dərəcə möhkəm olan 104 düyməsi yüksək həssaslığa və super sürətə malikdir. Düymələr 60 milyondan çox toxunuş üçün nəzərdə tutulub, kompakt klaviatura isə oyunu komfortlu etməklə yanaşı, masada az yer tutur. Klaviaturada klavişlərin əsas blokunun altında əlavə 7 düymə, o cümlədən fırlatma çarxı yerləşir. Onlardan istifadə etməklə musiqi və videotrekləri idarə etmək, səsin ucalığını, həmçinin klavişlərin alt işıqlarını tənzimləmək mümkündür. Yeri gəlmişkən, hər bir klavişin ayrı-ayrılıqda işıqlandırılması gözlərə rahatlıq verir, alt işıqların 21 növü isə klaviaturanı oyunun ayrıca elementinə çevirir. "Double injection" texnologiyası sayəsində klavişlərin üzərindəki simvollar heç vaxt silinmir.

"Windows / İşə sal" düyməsinin bloku oyun vaxtı əlavə dəstəyi təmin edir, örtüklü kabel siqnalın yüksək sürətlə və dəqiq ötürülməsini təmin edir. Bu qarnitur oyuna tam şəkildə daxil olmağı, uzunmüddətli sessiyalar zamanı ağırlıq hissi yaşamamağı təmin edir. "Virtual Surround 7.1" texnologiyası səsə əlavə həcm verir və elə təəssürat yaranır ki, sanki səs oyunçunun ətrafında 360 dərəcə radiusda müxtəlif mənbələrdən gəlir. Belə səsləndirmə mənbənin istiqamətini maksimum dəqiqliklə əks etdirir. Rahat tənzimlənən mikrofon səsi əla ötürür, iki metrlik kabel isə oyunçuya kompüterdən rahat məsafədə oturmağa imkan verir. Optimal forma, dəbli və eyni zamanda nəzərə çarpmayan dizayn, səs gurluğu səviyyəsinin və mikrofonun formasının tənzimlənməsi - bütün bunlar istənilən növ oyun həvəskarlarını sevindirəcək.

Yeni model kreslo maksimum funksional olmasını istəyən geymerlər üçündür. 1.5 millimetr qalınlığında metaldan hazırlanmış çərçivəsi və 60 millimetrlik diametrə malik təkərləri olan möhkəm beşguşəli dayaq kreslonun rahatlığını və uzunömürlülüyünü təmin edir. Ekoloji təmiz dəridən hazırlanmış üzlüyün altındakı yaddaş köpüyü uzunmüddətli oyun sessiyalarından maksimum zövq almaq imkanı yaradır. Stulun açılan söykənəcəyini 90 və 165 dərəcə arasında istənilən bucaq altında saxlamaq mümkündür. Bu isə intensiv döyüşlərdən sonra rahatlanmağa və dincəlməyə kömək edir.  Əllər üçün əlavə komfortu təmin etmək məqsədilə kreslonun qoltuqluqları yuxarı-aşağı, irəli-geri və 15 dərəcə içəri-çölə hərəkət etdirilə bilir.

 

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video