19 Yanvar 2022 00:19
226
İQTİSADİYYAT

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 566,3 minədək vətəndaş qəbul edilib

 

Yazılı və e-qaydada, Çağrı Mərkəzi ilə edilmiş 1,4 milyondan çox vətəndaş müraciəti cavablandırılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən ötən il 566 288 vətəndaşın qəbulu həyata keçirilib.

Onlardan 3580-i nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 562 708-i nazirliyin və qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində qəbul edilib.

Eyni zamanda, ötən il 1 412 491 vətəndaş müraciəti (o cümlədən nazirlik və qurumları tərəfindən 427 979 və 142 Çağrı Mərkəzi vasitəsilə 899 354, sosial şəbəkələr üzərindən 85 158 müraciət) cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video