27 Yanvar 2022 00:20
266
Təhsil

Ordubad gəncləri “Maliyyə məktəbi” layihəsinə qoşulublar

 

Ordubad rayonunun gənclərinin iştirakı ilə “Gələcək üçün maliyyə” mövzusunda təlim keçirilib. Məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onları maliyyə sahəsinə təşviq etməklə qazanc, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaqdan ibarət olub.

AZƏRTAC xəbər verir ki, təlimdən əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurlan Səfərli layihənin ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını ifadə edib. Muxtar respublikanın gənclər və idman nazirliyin əməkdaşı Valeh Mahmudov və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova təlimin məqsəd və əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, təlimlər sayəsində gənclər istehlak və qənaət vərdişləri qazanır, düzgün iqtisadi plan qurulması və maliyyə qərarlarının verilməsi haqqında məlumatlanır, ümumilikdə, maliyyə sahəsi ilə bağlı bilik, bacarıq, baxış və davranışlarını təkmilləşdirmək imkanı əldə edirlər.

Sonra Maliyyə Tədris Mərkəzinin təlimçisi İbrahim Şərifov tərəfindən “Pulun formalaşması və yeni nəsil valyuta”, “Büdcə nədir”, “Büdcənin düzgün şəkildə idarə edilməsi”, “Şəxsi pul vəsaitlərinin planlı şəkildə istifadəsi”, “Yığım və investisiyanın əhəmiyyəti” və digər mövzular haqqında ətraflı məlumat verilib, təlimlə bağlı hazırlanmış suallar əsasında intellektual yarış keçirilib. İlk üç yeri tutan komandalar və üzvləri təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.

Gənclər və İdman Nazirliyi və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 30 gənc iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video