Omanın Şura Məclisinin sədri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri barədə məlumatlandırılıb
Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid İbn Hilal Əl-Muavvali ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova xalqlarımız arasında mövcud olan ortaq dini və mədəni dəyərlərin ölkələrimiz arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığını deyib. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün yaxşı imkanlar mövcuddur.
Milli Məclisin sədri parlament diplomatiyasının dövlətlərarası münasibətlərin inkişafında oynadığı rolu qeyd edərək, qanunverici orqanlarımız arasında əlaqələrin dərinləşdirilməsi imkanları barədə də danışıb. O, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və birgə fəaliyyətinin hər iki tərəfin maraqlarına cavab verdiyini vurğulayıb.
Görüşdə müasir dövrdə dünyada mövcud olan ikili standartlar, islamofobiya meyilləri tənqid olunub. S.Qafarova Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığını, bu illər ərzində Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz işğaldan azad olunmasına dair beynəlxalq qətnamələrin icra olunmadığını, 2020-ci ildə ölkəmizin öz gücü hesabına torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdırıb. O, işğaldan azad olunmuş ərazilərimizdə hazırda həyata keçirilən bərpa və quruculuq işləri haqqında da məlumat verib.
Oman Sultanlığının Şura Məclisinin sədri Azərbaycana ilk dəfədir səfər etdiyini və paytaxt Bakının nümayəndə heyətində xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında mövcud olan müsbət siyasi əlaqələrin münasibətlərin bir çox sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını, o cümlədən ticarət dövriyyəsinin artırılması, turizm əlaqələrinin daha da inkişafı və digər mövzularla bağlı fikirlərini bölüşüb. O, həmçinin parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bakıda Qırğızıstanın müstəqillik günü təntənə ilə qeyd edilib
01 Sentyabr
Parisdə keçirilən aksiyada Avropa İttifaqının bayrağı cırılıb
31 Avqust
Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək
31 Avqust
Vuçiç: Serbiya 2030-cu ilədək Aİ-yə üzv ola bilməyəcək
31 Avqust
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Raman Saleyi tə...
31 Avqust
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!