Ölkənin ən böyük elektrik stansiyalarından olan "Cənub" ES əsaslı təmir edilib
2013-cü ildə Şirvan şəhərində istismara verilən, ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780 meqavatlıq "Cənub" Elektrik Stansiyasının 2-ci bloku "AzərEnerji" tərəfindən əsaslı təmir olunub.
Qeyd edək ki, istismar normativlərinə görə "Cənub" Elektrik Stansiyasının birinci bloku 2018-ci ildə əsaslı təmir ediləndən sonra "itirilmiş" güclər bərpa olunmuşdu və indi də ikinci blok əsaslı təmir edilməklə analoji nəticə alınır. Belə ki, stansiyanın ikinci blokunun buxar və qaz turbinləri, util-qazanları, transformatorları, generatorları və köməkçi avadanlıqları əsaslı təmir edilərək stansiyanın istismar müddəti uzadılır, etibarlılıq və dayanıqlılıq bərpa edilməklə "itirilmiş" güclər bərpa olunur.
"AzərEnerji"nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, əvvəllər stansiyaların əsaslı təmiri xarici şirkətlər tərəfindən aparılırdısa, "Cənub" Elektrik Stansiyasında bu dəfə aparılan əsaslı təmir işləri əsas etibarı ilə "AzərEnerji"nin yerli mütəxəssisləri tərəfindən həyata keçirilib.
Məlumat üçün bildirək ki, 2018-ci ildən başlayaraq ölkədəki 12 ən böyük elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparılmaqla 1000 meqavatdan artıq "itirilmiş" güc bərpa edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mənalı ömür yolu ilə daim işıq saçan dahi
19 Aprel
Regionda sülhün olması Qərbin maraqlarına uyğun deyil
19 Aprel
Paris Cənubi Qafqazda suları bulandırmağa çalışır
19 Aprel
Ermənistan hökumətinin unutduğu həqiqət...
19 Aprel
Azərbaycan tarixinin ən qürurlu dövrünü yaşayır
19 Aprel
Fransa özünü gülünc vəziyyətə salıb
19 Aprel
Makron bütün körpüləri yandırdı
19 Aprel
ABŞ həqiqəti təkzib edir
19 Aprel
Dünya diplomatiyasında ən müsbət nümunələrdən biri
19 Aprel
Şirvan kanalı bölgələrdə ekoloji tarazlığı və kənd təsərrüfatının inkişafını təmin edəcək...
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!