Ölkənin bəzi yerlərində 41 dərəcə isti olacaq
Azərbaycanda avqustun 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 35-38°, Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 25-30 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb
20 Aprel
ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır
20 Aprel
Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir ...
20 Aprel
Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib
20 Aprel
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
20 Aprel
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
20 Aprel
Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
20 Aprel
I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə ke...
20 Aprel
Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb ...
20 Aprel
Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!