16 Yanvar 2022 00:21
674
Elm və texnika
A- A+

Olimpiya oyunlarının ən azyaşlı qalibi

 

Beynəlxalq idman aləminin ən populyar idman müsabiqəsi olan Olimpiya oyunları ilk dəfə qədim Yunanıstanda keçirilib.

Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif edib. Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildənbir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edilir.

Sürət konkisində çempion olmuş Cənubi Koreyadan olan Kim Yun Mi Olimpiya oyunlarının ən azyaşlı qalibidir. 1994-cü ildə olimpiadalar keçirildiyi zaman o, 13 yaşında idi. 1997-ci ildə 16 yaşadək uşaqların Olimpiya oyunlarında iştirakına qadağa qoyuldu. Bununla uşaqların erkən yaşda yarışlara qatılmağa məcbur edilməsinin qarşısı alındı.

Afinada keçirilən ilk müasir Olimpiya oyunları qadınlarsız keçirilib. İlk dəfə 1900-cu ildə Parisdə keçirilən yarışlarda qadınlar komandalara daxil edilib.

Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya oyunlarına qatılıb və o zamandan bütün Olimpiya oyunlarında idmançılarımız iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video