09 İyun 2026 09:10
150
CƏMİYYƏT
A- A+
"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"


El dara düşəndə, yurda düşmən hücumu olanda torpaq qeyrəti çəkən oğullar silaha sarılaraq Vətənin müdafiəsinə yollanırlar. İgidliklə, cəsarətlə vuruşaraq yurdu işğaldan qoruyurlar. Elə buna görə də atalar yaxşı deyib: "Oğullar vətəni qorumaq üçün doğulur". 

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda da torpaq qeyrəti çəkən oğullar silaha sarılaraq döyüşlərə yollandılar. Yurdu, el-obanı qorumaq üçün vuruşdular, erməni işğalçılarına sarsıdıcı zərbələr vuraraq qəsbkarlara yeni ərazilərimizi zəbt etməyə imkan vermədilər. 

Həmin günlər döyüşə gedən cəsur oğullardan biri də Rəvan Əliabbas oğlu Məlikov idi. Rəvan 6 mart 1996-cı ildə Kürdəmirin Şımıxlı kəndində dünyaya göz açmışdı. 2003-cü ildən 2014-cü ilə qədər rayonun Köhnəbazar kəndindəki orta məktəbdə oxumuş, orta təhsilini başa vurandan sonra Vətən qarşısındakı övladlıq borcunu yerinə yetrirmək üçün ordu sıralarına yollanmışdı. Xidmət müddətində hərbi biliklərə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnmişdi. Rəvanın böyük qardaşı Pünhan hərbçi idi. Rəvan da onun kimi əyninə hərbi forma geyinib doğma ordumuzun sıralarında xidmət etmək istəyirdi. 

Ürəyində pöhrələyən arzularına çatmaq üçün Rəvan Məlikov ordu sıralarından qayıtdıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başladı. Cəbrayıl istiqamətində xidmət edən Rəvan həmişə səngərində ayıq-sayıq dayanır, mövqelərini göz bəbəyi kimi qoruyurdu. Səngərdən Cəbrayıl rayonunun dağıdılmış kəndlərinə, göz işlədikcə uzanıb gedən ərazilərinə baxanda düşmənə nifrəti daha da artırdı. Tezliklə bu yerlərin erməni işğalından azad olunmasını istəyirdi. Düşünürdü ki, işğal bu qədər uzana bilməz. Ordumuz çox güclü və  qüdrətlidir. Qısa zaman ərzində qəsbkarları məğlub edə bilər. Rəvan özü də torpaqlarımızın azadlığı uğrunda başlayacaq döyüşlərin ön sıralarında vuruşmağı arzulayırdı. O günü, o anı səbirsizliklə gözləyirdi.

Rəvanın gözlədiyi gün gəlib çatdı. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Həmin gün Rəvan da düşmən hücumunun qarşısını alanların sırasında idi. O da əsgər yoldaşları ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı cəsarətlə vuruşurdu. Çox çəkmir, komandanlığın əmri ilə əks-hücum əməliyyatları başladı.  Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazilərimizin azad edilməsi uğrunda döyüşlərə atıldı. Hərbçilərimiz vuruşa-vuruşa düşməni geri sıxışdırırdılar. Əsgər Rəvan da ön sıralarda vuruşurdu. Artıq düşmənin ön mövqeləri darmadağın edilmişdi. 

Oktyabr ayının 1-i idi. Cəbrayılın Nüzgar kəndi uğrunda döyüşlər gedirdi. Rəvan silahının hədəfinə tuş gələn işğalçıları bir-bir məhv edirdi. Kəndin xeyli hissəsi düşməndən azad edilmişdi. Rəvan düşmənə daha dəqiq atəş açmaq üçün mövqeyini dəyişmək istəyəndə düşmən gülləsinə tuş gəldi və ağır yaralandı. Hərbi həkimlər nə qədər cəhd göstərsələr də, onun həyatını xilas edə bilmədilər. Rəvan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ertəsi gün, oktyabr ayının 2-də doğmalarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə kəndlərindəki qəbiristanlıqda torpağa tapşırıldı.

İkinci Qarabağ müharibəsində ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə və cəsarətə görə Rəvan Əliabbas oğlu Məlikov Prezident İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.

Anası Gülbəniz Məlikova övladını kədər hissi ilə xatırlayır. Deyir ki, Rəvan orduda xidmətə böyük həvəslə getdi: "O, əlini tez-tez sinəsinin üstünə qoyub deyirdi ki, ana, sənin bu oğlun Qarabağ uğrunda döyüşməyə gedəcək, erməni işğalçılarına Azərbaycan əsgərinin gücünü, qüdrətini göstərəcək. Deyirdim ki, ay bala, böyük qardaşın Pünhan da hərbçidi, onun çətinliklərini görürsən. Axı sən evin sonbeşiyisən, atan da, mən də yavaş-yavş yaşlanırıq, bizə kömək lazımdır. Nə qədər desəm də, məqsədindən, istəyindən geri dönmədi, ordu sıralarında xidmətə getdi. 2020-ci il sentyabrın 27-də müharibə başlayan gün iki qardaş ikisi də döyüşə atıldı. Uşaqlarımın, xüsusən də Rəvanın ustundə çox əsmişəm. Kanala çimməyə getmək üçün icazə verirdim, sonra isə ozüm dalınca gedirdim ki, cıx gəl evə, burulğana düşüb batarsan. Rəvan da körpə uşaq kimi mənə bağlı idi". 

Şəhid atası Əliabbas Məlikov da oğlunu göz yaşları içində xatırlayır: "Dörd övlad böyütmüşük. Rəvan o birilərinə baxanda şıltaq idi, amma ərköyün deyildi. Ordu sıralarında xidmətə gedəndə anası onu fikrindən daşındırmaq istədi ki, özünə başqa bir yerdə iş tapsın. Amma Rəvan fikrindən dönmədi. Amma mən onun orduda xidmət etməyinə qarşı çıxmadım. Dedim ki, ürəyi istəyirsə, getsin. Döyüşə getməyini də bizdən gizlətmişdi, deyirdi ki, təlimə gedirəm. Yalnız şəhid olandan sonra bildik ki, Rəvan döyüşdəymiş. Oğlumun qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm".


V.MƏMMƏDQULUOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09:01
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!