Növbədənkənar parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirilib
Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, yerli və xarici media subyektlərinin nümayəndələri tərəfindən operativ şəkildə işıqlandırılan mətbuat konfransında Milli Məclisə seçkilərə son hazırlıq işləri barədə yekun statistik göstəricilər təqdim olunub və məlumatlar verilib.
Tədbirdə çıxış edən Məzahir Pənahov bildirib ki, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi MSK ilk gündən növbədənkənar parlament seçkilərini Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun təşkil etməyə çalışıb. “Atdığımız bütün addımlar şəffaf şəkildə həyata keçirilib, media nümayəndələri də prosesləri müşahidə ediblər. Beynəlxalq qurumların müşahidə missiyaları, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) artıq avqustun əvvəllərindən Azərbaycandadır. ATƏT DTİHB bölgələrdə geniş şəkildə fəaliyyət göstərib. Həmçinin onların nümayəndələri MSK-nın iclaslarında da iştirak ediblər”, - deyə MSK sədri əlavə edib.
O, Milli Məclisdə 125 deputat yerinin və buna görə də ölkədə eyni sayda seçki dairəsinin olduğunu diqqətə çatdıraraq qeyd edib: “Ölkə üzrə ümumi seçicilərimizin sayı 6 milyon 421 min 960 nəfərdir. Daimi seçici siyahısı üzrə olan seçicilərin sayı 6 milyon 308 min 851, müvəqqəti seçicilərin sayı isə 113 min 109 nəfərdir. Daimi seçicilərin 47,57 faizi kişi, 52,43 faizi isə qadındır. Ən çox seçici 30-39 yaş aralığındadır. Onlar seçicilərin 23,64 faizini təşkil edirlər. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 51 min 141 nəfərdir”.
Bildirib ki, seçicilərimizin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün bütün şərait yaradılıb. Milli Məclisə seçkilər 6478 seçki məntəqəsində keçiriləcək. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir. Müvəqqəti məntəqələr səsverməyə 5 gün qalmış yaradılıb. Bütün seçki məntəqələri şəffaf fəaliyyət göstərir, müşahidəçilər prosesləri sərbəst müşahidə etmək imkanına malikdirlər. Lakin müşahidə aparmaq baxımından müvəqqəti məntəqələrin öz daxili qanunları mövcuddur ki, onlar gözlənilməlidir. Daimi məntəqələrdə isə müşahidəçilər üçün bütün qaydalar Seçki Məcəlləsinə əsasən tətbiq olunacaq.
Azərbaycan nadir ölkələrdəndir ki, 125 dairə seçki komissiyasının təqribən 80-i üçün yeni binalar tikilib. Ümumilikdə isə DSK-ların binaları yüksək keyfiyyətdədir və müasir tələblərə cavab verir. Bu gün ölkədəki bütün dairə seçki komissiyalarında seçki fəaliyyətini həyata keçirmək üçün maksimum şərait yaradılıb.
Seçkilərlə əlaqədar yaradılan 125 dairənin 10-nun məcburi köçkün dairələri olduğunu vurğulayan MSK sədri deyib ki, Milli Məclisə seçkilərdə 397 min 862 məcburi köçkün 574 məntəqədə səs verə biləcək.
M.Pənahov, eyni zamanda, bildirib ki, ən yaşlı qadın seçici 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızının 134 yaşı var. O, 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatdadır. Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsində seçici siyahısındadır. MSK sədri parlament seçkilərində deputat mandatı uğrunda 990 namizədin mübarizə aparacağını deyib. Diqqətə çatdırıb ki, deputatlığa namizədlərdən 305 nəfərinin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. Cəmiyyətin müxtəlif təbəqələri seçkilərdə iştirak baxımından fəallıq nümayiş etdirirlər. Hər dairəyə 7-dən çox namizəd düşür. Bu da geniş seçim imkanının olduğunu deməyə imkan verir.
M.Pənahov qeyd edib ki, parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 65 minə yaxını 24 siyasi partiyanın müşahidəçiləridir. Eyni zamanda, seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunub.
“Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə hər zaman əməkdaşlıq edirik. Onlar yekunda ATƏT Parlament Assambleyası ilə bir yerdə hesabatla çıxış edirlər”, - deyən Komissiya sədri diqqətə çatdırıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 227 nəfər, ATƏT Parlament Assambleyasından 61 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Onun sözlərinə görə, parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, "Tərəqqi" sosial tədqiqatlar ictimai birliyi və “Sosioloji Tədqiqatlar Mərkəzi” qeydə alınıb. Onlardan ikisi öz fəaliyyətini xarici partnyorları ilə birgə qurublar. Bu təşkilatlar geniş imkanlara malikdir. Təşkilatlar 2500-dən artıq məntəqədə öz fəaliyyətlərini həyata keçirəcəklər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
31 Avqust
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
31 Avqust
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış olub
31 Avqust
Premyer Liqa: "Neftçi" Şamaxıda xal itirib
31 Avqust
Dmitri Kobitski: Azərbaycanda seçki prosesləri bütün qəbul edilmiş beynəlxalq normalara uyğundur...
31 Avqust
Nazir: Azərbaycan-Qırğızıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir
31 Avqust
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirilib
31 Avqust
Qırğızıstan səfiri: Biz Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiririk
31 Avqust
Belarus-Rusiya İttifaqının Parlament Məclisinin müşahidə missiyası Mərkəzi Seçki Komissiyasında olub...
31 Avqust
XİN: Paşinyanın Azərbaycan-Ermənistan normallaşma prosesi ilə ziddiyyət təşkil edən açıqlamaları təə...
31 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Strateji müttəfiqlik iki ölkəni daha da gücləndi...30 Avqust 2024
Strateji tərəfdaşlıq güclənir, qlobal nüfuz artır 28 Avqust 2024
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu26 Avqust 2024
"Gəl sənə Laçınımı göstərim..."25 Avqust 2024
"Mehriban xanım ürəyimizdə elə bir saray qurub ki..."24 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!