11 Iyun 2022 20:20
669
Elm və texnika
A- A+

Nazir Rəşad Nəbiyev Türkiyənin Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb  

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında kibertəhlükəsizlik, “Hökumət buludu” və insan kapitalının inkişafı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının bu il ilk dəfə Türkiyədən kənarda məhz Azərbaycanda keçirilməsi ölkələrimiz arasında mövcud olan tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin növbəti uğurlu nümunəsi kimi dəyərləndirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirak etmələri və müsabiqələrin qaliblərini şəxsən mükafatlandırmaları “TEKNOFEST Azərbaycan” tədbirinə, eləcə də gənclərin texnologiya sahəsində fəaliyyətinə ən yüksək səviyyədə dəstəyin göstəricisidir.

Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal Transformasiya Ofisi ilə də uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb. Əlavə olunub ki, ötən ilin sentyabr ayında Bakıda imzalanmış Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun Yol Xəritəsi bu əməkdaşlıq üçün hüquqi baza rolunu oynayır.

Qeyd edək ki, Rəqəmsal transformasiya üzrə Azərbaycan–Türkiyə İşçi Qrupunun yaradılması barədə razılıq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 2021-ci il fevralın 18-də Ankara şəhərində keçirilmiş görüş zamanı əldə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video