21 Dekabr 2022 13:36
538
Təhsil
A- A+

Nazir: Əmək bazarı ilə bağlı ciddi elmi-tədqiqatlara ehtiyac var

 

Təhsil sistemi olaraq bizim ən böyük ehtiyaclarımızdan biri tələbələrin təhsil aldıqları dövrdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır. Bu, düşünürəm ki, məşğulluğa töhfə verə biləcək çox vacib bir istiqamətdir. Əgər tələbə təhsil aldığı dövrdə işəgötürənlə ünsiyyətdə olursa, həm işə götürən, həm də tələbə üçün bunun faydalı olduğuna inanırıq. Odur ki, bu istiqamətdə təşviqedici təcrübə proqramları artırılmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

E.Əmrullayevin sözlərinə görə, hər bir ali təhsil müəssisəsinin özünəməxsus işəgötürənlər və iş strategiyası olmalıdır.

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki yenidənqurma işləri nə qədər iş yeri deməkdir. Vacibdir ki, həmin ixtisaslara uyğun kadr hazırlayaq", - deyə E.Əmrullayev bildirib.

Nazir əmək bazarı ilə bağlı ciddi elmi-tədqiqatlara ehtiyac olduğunu, həmçinin özəl və dövlət sektorlarındakı işəgötürənlərlə ali təhsil müəssisələri arasındakı tələbə-təcrübə proqramlarının sayını dəfələrlə artırmağın vacibliyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video