31 Avqust 2024 19:25
117
İQTİSADİYYAT
A- A+

Nazir: Azərbaycan-Qırğızıstan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir

 

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Qırğız Respublikasının müstəqilliyinin 33-cü, Qara-Qırğız Muxtar Vilayətinin 100-cü ildönümü münasibətilə Bakıda təşkil edilən tədbirdə səsləndirib.

Azərbaycan Hökuməti adından Qırğız dövlətini və xalqını təbrik edən nazir vurğulayıb: "Azərbaycan və qırğız xalqlarının tarixi dostluğa və qardaşlığa əsaslanan əlaqələri hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə uğurla inkişaf edir. Azərbaycan və Qırğızıstan liderlərinin qarşılıqlı səfərləri, birgə səyləri ilə münasibətlərimiz inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Bu gün ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də ticarət, iqtisadiyyat, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq uğurla inkişaf edir və mühüm layihələr həyata keçirilir. 2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanması münasibətlərin yüksək mərhələyə adlamasında əhəmiyyətli rol oynayıb", - deyə Pərviz Şahbazov bildirib.

Ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən, bərpaolunan enerji istiqamətində səmərəli əməkdaşlıqdan, külək və enerji sahəsi üzrə qoyulan birgə investisiyalardan danışan nazir Qırğız Respublikasının Azərbaycanı işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində də dəstəklədiyini qeyd edib.

Vurğulayıb ki, ölkələrimiz arasındakı mövcud strateji tərəfdaşlıq, ənənəvi dostluq əlaqələri, səmərəli işbirliyi bundan sonra daha da genişlənəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video