09 Iyun 2022 01:30
852
Təhsil
A- A+

Naxçıvanlı tələbələr İtaliyada təcrübədə olublar

 

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Energetika mühəndisliyi ixtisasında təhsil alan tələbələr İtaliyada təcrübə keçiblər.

Universitetin Televiziya mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin hamiliyinə verilmiş Energetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrin təyin olunan proqram çərçivəsində təcrübə qazanmaları diqqətdə saxlanılır. Bu çərçivədə enerji istehsalı prosesləri, yeni texnologiyaların tətbiqi, alternativ və bərpaolunan enerji sahəsində qabaqcıl təcrübə öyrənilir, praktiki biliklərin artırılması üçün inkişaf etmiş xarici ölkələrin təcrübələrindən istifadə edilir. Görülən işlərin davamı olaraq Dövlət Energetika Xidmətindən 3 mühəndis və universitetin Elektroenergetika kafedrasında təhsil alan 6 tələbə və müəllim heyətinin İtaliyaya səfəri təşkil edilib.

Proqrama uyğun olaraq səfərin ilk günü Florensiya şəhəri ilə tanışlıq olub. Səfərin növbəti günündə tələbələr şəhərdə fəaliyyət göstərən "Fimer" şirkətinin təlim mərkəzində olub, yeni texnologiyalardan biri olan invertorlar haqqında mühazirə dinləyiblər. Qarşılıqlı sual-cavab əsasında təşkil edilən mühazirədə tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb. Həmin şirkətin ərazisində yerləşən Günəş-Elektrik Stansiyasına baxış zamanı tələbələr ərazidə quraşdırılan invertorlarla, günəş panelləri və yarımstansiyalarla tanış olub, bu barədə məlumatları maraqla dinləyiblər.

Səfərin üçüncü günündə Roma şəhərindən dəvət olunmuş professor tərəfindən günəş və külək enerji qurğularının iş prinsipi, quruluşu, quraşdırılması, onlar arasındakı məsafələr, panellərin günəşə nəzərən istiqamətləri və digər məsələlərlə bağlı tələbələrə ətraflı məlumat verilib. Onlar həmin şirkətə məxsus olan invertor istehsal edən müəssisədə də təcrübə keçiblər.

Tələbələr səfərin son iki günündə Romada İtaliyanın tarixini əks etdirən abidələrlə, incəsənət muzeyləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video