NATO: Türkiyə, İsveç və Finlandiyanın dövlət başçıları bu gün Madriddə görüşəcəklər
İyunun 29-da Madriddə İspaniyanın Şimali Atlantika Alyansına daxil olmasının 40-cı ildönümünə təsadüf edən NATO-nun tarixi Sammiti öz işinə başlayacaq.
AZƏRTAC xəbər verir ki, sammitdən əvvəl bu gün NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Anderssonla bu ölkələrin Alyansa üzvlüyü məsələsini müzakirə edəcək.
Mayın ortalarında Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləmədi və bu məsələnin Madrid sammitində diqqətçəkən məqamlardan biri olacağı gözlənilir.
Madrid sammitində alyansın 30 müttəfiqi növbəti onillik üçün prioritetləri müəyyən edən yeni Strateji Konsepsiyanı qəbul etmək, milli müdafiə investisiyalarına və NATO-nun birgə maliyyələşdirilməsinə təkan vermək niyyətindədir. Həmçinin Şərqi Avropada NATO qüvvələrinin və yüksək hazırlıqlı qoşunların gücləndirilməsi təsdiqlənəcək. Ukraynaya yeni yardım paketi, Gürcüstan, Bosniya və Herseqovina və Moldova üçün NATO-nun yeni yardım planları təsdiqlənəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayı
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
24 Aprel
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
24 Aprel
İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində mara...
24 Aprel
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİB
24 Aprel
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...
24 Aprel
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
24 Aprel
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!