13 May 2022 13:53
547
Səhiyyə
A- A+

Mütəxəssis stressdən çıxmağın yollarını müəyyənləşdiriblər

Son zamanlar stress problemi və onunla mübarizə yolları bütün yaş qrupları arasında aktualdır. Buna görə də insanlar tez-tez stressin sağlamlığa mümkün mənfi təsirindən, psixosomatik pozğunluqlardan narahat olur və fəal şəkildə psixoloji yardım axtarırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə rusiyalı psixiatr Yelena Kuznetsova bildirib. O əlavə edib ki, ilk növbədə, fizioloji stressi ayırd etmək lazımdır.

Mütəxəssis vurğulayır ki, patoloji stress zərərli, üstəlik, patologiyanın inkişafına səbəb olur, müxtəlif asılılıqların və depressiyaların artmasına gətirib çıxarır. Onun fikrincə, bundan yayınmaq üçün stressin təhlükəsini dərk etməyi və onunla mübarizə aparmağı öyrənmək lazımdır.

Psixiatr deyir ki, stressli vəziyyətlərdə insan bir neçə yolla reaksiya verə bilər və özünə kömək üsulları fərqli olar. Mütəxəssis hesab edir ki, ən səmərəli yol fəal idmandır və o, fizioloji stressin öhdəsindən gəlməyə kömək edir.

Rusiyalı tədqiqatçı istənilən halda psixoloqların yardımından bəhrələnməyi tövsiyə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video