23 Iyun 2022 12:58
939
Səhiyyə
A- A+

Mütəxəssis: Gecə qidalanmaq ürək-damar xəstələri üçün təhlükəlidir  

 

ABŞ-ın Kaliforniya ştatındakı Salk Bioloji Tədqiqatlar İnstitutunun klinik tədqiqatçısı və "Nə vaxt yemək lazımdır?" adlı elmi məqalənin müəllifi Emily Manoogian deyir ki, gün ərzində 12 saat qidalanmamaq həzm sisteminin dincəlməsi üçün şərait yaradır. Bəzi ekspertlər, o cümlədən Nyu-York şəhərində yerləşən Kornel Universitetinin İnsan ekologiyası şöbəsinin professoru David Levitski insanlara gündə sadəcə bir dəfə yemək yeməyi tövsiyə edib. Professor D.Levitskinin özü də bunu təcrübədən keçirib. Onun sözlərinə görə, " İctimaiyyətdə qarşımıza çıxan yemək əks olunan şəkillər təhtəlşüurumuza yerləşir və bu səbəbdən çoxlu yemək istəyirik. Yeməklər haqda oxuduğunuz məlumatlar, baxdığınız şəkillər sizi daha çox acdırır”. D.Levitski aclığın çox vaxt psixoloji bir hal olduğunu deyib.

AZƏRTAC Salk Bioloji Tədqiqatlar İnstitutuna istinadla bildirir ki, tarixçi Seren Charrington-Hollins da qədim Romada insanların gündə bir dəfə yemək yediyini qeyd edib.

D.Levitski eyni zamanda bu metodu şəkər və qan təzyiqi problemlərindən əziyyət çəkən insanlara tövsiyə etmir.

E.Manoogian isə gündə bir dəfə qidalanmağı məsləhət görmür. “Yemək yeməyəndə qanımızdakı qlükoza səviyyəsi arta bilər. Uzun müddət davam edən yüksək qlükoza səviyyəsi isə şəkər xəstəliyinin yaranması üçün şərait yaradır”.

Mütəxəssis qan şəkərinin səviyyəsini normada saxlamaq üçün gündə bir dəfədən çox qidalanmağın vacib olduğunu deyib. Onun fikrincə uzun müddət gündə bir dəfə qidalanmaq orqanizmin ac olduğunu düşünməsinin qarşısını alır və nəhayət yemək zamanı qlükoza səviyyəsi normadan artıq olur. Gündə iki və ya üç dəfə yemək ən optimal variantdır, lakin gecə qidalanmaq ürək-damar xəstələri və şəkər problemindən əziyyət çəkənlər üçün təhlükəlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video