28 Yanvar 2023 10:43
340
SİYASƏT
A- A+

Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir

 

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq, mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video