24 Noyabr 2022 15:03
126
CƏMİYYƏT
A- A+

Müharibədən sonra Laçında 1400-dən çox yeni mina basdırılıb - xarici ölkələrin hərbi attaşeləri erməni terrorunun izləri ilə tanış olublar FOTO  

 

Noyabrın 24-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və media nümayəndələri Laçında, Sarıbaba yüksəkliyinin şimal istiqamətində aşkarlanmış və Ermənistan istehsalı olan piyada əleyhinə minaların basdırıldığı əraziyə səfər ediblər. Minalar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən 44 günlük müharibədən sonra basdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E fuqas tipli piyada əleyhinə mina zərərsizləşdirilib.

Hərbi attaşelər mina sahəsi aşkar olunan əraziyə baxış keçiriblər. Məlumat verilib ki, burada piyada əleyhinə minalarla yanaşı, hətta tank əleyhinə minalar da basdırılıb. Mühəndis qaydalarına uyğun olaraq, dünyada qəbul olunub ki, minalar basdırılarkən ara məsafəsi 5 metrdən yaxın olmamalıdır. Qanunsuz erməni silahlı birləşmələrinin burada basdırdıqları minaların ara məsafəsi isə 1 metrdir. Yəni, əgər burada partlayış baş verərsə, insan ölümü qaçınılmazdır. Bundan başqa, ərazidə daha bir minalanmış sahə də aşkarlanıb. Sabahdan etibarən həmin sahənin də təmizlənməsinə başlanacaq.

Bildirilib ki, 44 günlük Vətən müharibəsinin nəticəsinə əsasən, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Kapitulyasiya aktı nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxardı.

Rəşadətli Azərbaycan Ordusu Laçının cənub hissəsini 44 günlük müharibə ərzində azad etmişdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-dən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycanın nəzarətinə keçdi. Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət ünvanlayaraq, Laçını tərk etmələri üçün onlara 2022-ci il avqustun 25-nə qədər əlavə vaxt verilməsini xahiş etmişdilər. Halbuki, bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Azərbaycan humanistlik göstərərək onlara bu imkanı yaratdı. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Laçına səfər edərək, şəhərin mərkəzində Azərbaycan Bayrağını qaldırdı.

Azərbaycan dövlətinin bu humanist addımına qarşı erməni tərəfi həmin müddətdə təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşəyib və bu minalar müharibədən sonra - 2021-ci ildə basdırılıb. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video