27 Sentyabr 2024 17:22
263
SİYASƏT
A- A+
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib

Sentyabrın 27-də - Anım Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu, o cümlədən Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə qızılgül dəstələri qoyulub, xatirəsi dərin hörmətlə yad edilib.

Nazirliyin rəhbər heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə tər qızılgüllər düzərək ehtiram nümayiş etdirib.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarına və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzülüb.

Daha sonra İkinci Şəhidlər xiyabanına gələn Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyət Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qızılgül dəstələri qoyub, ruhlarını dərin hörmət və ehtiramla anıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin digər rəhbər heyəti ilə birgə şəhid ailələri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Şəhidlərimizin ailə üzvləri ölkə rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.

Saat 12:00-da İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin rəhbərliyi digər hərbi qulluqçular və şəhid ailələri ilə birlikdə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkəmizdəki dini konfessiyaların nümayəndələri Anım Gününü qeyd ediblər

18:49
27 Sentyabr

Xocavəndlilər Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

18:33
27 Sentyabr

XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ağdamda

18:27
27 Sentyabr

Prezidentin köməkçisi Hikmət Hacıyev İtaliya qəzetinə müsahibəsində Ermənistanla sülh prosesindən danışıb 

18:12
27 Sentyabr

DSX şəhidlərin xatirəsini silsilə tədbirlərlə qeyd edib

18:09
27 Sentyabr

Qeyri-adi qulaqcıq

17:27
27 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib

17:22
27 Sentyabr

“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib

17:20
27 Sentyabr

Gənclər və İdman Nazirliyinin kollektivi II Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

17:19
27 Sentyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhidlərin xatirəsini anıb

17:18
27 Sentyabr

Ombudsman Aparatının kollektivi Zəfər parkında şəhidlərin əziz xatirəsini yad edib

17:16
27 Sentyabr

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir

17:13
27 Sentyabr

 "Taxıl sazişi" yenidən müzakirə edilib

17:10
27 Sentyabr

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

17:09
27 Sentyabr

Gürcüstanın Baş naziri: Xaricdən seçkilərə misli görünməmiş müdaxilə var

17:08
27 Sentyabr

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

17:06
27 Sentyabr

Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkını ziyarət edib

16:37
27 Sentyabr

Silahlı hücuma məruz qaldı: “Fənərbağça”nın sabiq üzvü

16:34
27 Sentyabr

UEFA-da gerilədik: “Qarabağ”a görə...

16:33
27 Sentyabr

“Qarabağ” Londonda niyə tıxacda qalıb?

16:32
27 Sentyabr

Harris: ABŞ-də bəzi siyasi qüvvələr Kiyevin təslim olmasını istəyir

16:30
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!