15 May 2022 19:00
267
İQTİSADİYYAT

Möhsin Xocəstə: İran Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır 

Xəzər dənizindəki bəzi neft yataqlarının birgə işlənilməsi istiqamətində Azərbaycan tərəfi ilə müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Milli Neft Şirkətinin baş direktoru Möhsin Xocəstə Tehranda jurnalistlərə verdiyi açıqlamada deyib. O bildirib ki, İran yaxın qonşusu və neft ölkəsi olan Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu sahədə hər iki ölkənin böyük təcrübəsi var.

Baş direktor Türkmənistan qazının İran vasitəsilə Azərbaycana ötürülməsinə toxunaraq bildirib ki, bu addım strateji əhəmiyyət daşıyır. İran Türkmənistanda hasil edilən qazı alaraq bir hissəsini özü istifadə edir, digər hissəsini isə Azərbaycana təhvil verir. Bu İranın geopolitik mövqeyini və tranzit üçün potensialının göstəricisidir.

Möhsin Xocəstə deyib ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində Qərb dövlətləri ilə danışıqlar davam edir. Sanksiyaların ləğvindən sonra İran neft və qaz ixracatını 2 dəfə artırmağa hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video