Minlərlə polis küçələrə çıxdı
Brüsseldə asayiş keşikçiləri də etiraz aksiyasına başladı
Belçikanın paytaxtı Brüsseldə polis əməkdaşları etiraz aksiyası keçiriblər. Küçələrə çıxan minlərlə polis iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Nümayiş həmkarlar ittifaqlarının tələbi ilə polis əməkdaşı Tomas Monjuanın təxminən üç həftə əvvəl qeydiyyatda olan radikal islamçı tərəfindən öldürülməsindən sonra təşkil edilib.
"CQSP" polis həmkarlar ittifaqının sözçüsü Eddi Quainonun dediyinə görə, bu, ehtiyac duyulduğu resurslara görə polisin hakimiyyətə qarşı qəzəbinin ifadəsidir: "Bu həm də Tomasın qətli üzərində düşünmək vaxtıdır və əlbəttə ki, polisin dinlənilməsi üçün bir fürsətdir".
Etirazçılardan biri isə insanların polislərə hörmətlə yanaşmamasından şikayətlənir: "Əhali artıq bizə hörmət etmir. İşləyəndə problemlərlə üzləşirik, zorakılıqdan əziyyət çəkirik, işimizi görməyə mane olurlar, bu, artıq qəbuledilməzdir".
Nümayiş paytaxtda baş verən iğtişaşlardan sonra Belçika polisinin üzləşdiyi tənqidlər fonunda baş tutub. Noyabrın 27-də onlarca gənc futbol üzrə dünya çempionatının matçından sonra şəhərin mərkəzini dağıdıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları da öz növbəsində siyasətçiləri fəaliyyətsizlikdə günahlandırıblar. Brüsseldə və digər şəhərlərdə Belçika üzərində qazanılan gözlənilməz qələbə ölkə əhalisinin təxminən 5 faizini təşkil edən geniş Mərakeş etnik icmasının nümayəndələrinin şiddətli reaksiyasına səbəb olub .
Belçikanın paytaxtında onlarca aqressiv gənc avtomobilləri, elektrik skuterləri və zibil qutularını çevirərək yandırıb, vitrinləri sındırıb.
Polis kütləni dağıtmaq üçün təzyiqli sudan və gözyaşardıcı qazdan istifadə edib. Təxminən 10 nəfər saxlanılıb.
Talanlarla əlaqədar polis şəhərin mərkəzini bağlayıb, metro və tramvayların hərəkəti dayandırılıb. Antverpendə, Lyejdə, Niderlandın Amsterdam, Haaqa və Rotterdam şəhərlərində də iğtişaşlar baş verib.
R.CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla təhdidlə danışmaq olmaz
03 Fevral
İranın terroru cavabsız qalmayacaq
03 Fevral
"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilib
03 Fevral
Vətən könüllüsü
03 Fevral
Ədalət qlobal hüquq müstəvisində təmin olunmalıdır
03 Fevral
Ermənistanda hərbi cinayətlər artıb
03 Fevral
Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin Şuşadan təcəssümü
03 Fevral
Yeni dövrün universitetinə çevrilmək əsas hədəfimizdir
03 Fevral
Nurlu şəxsiyyət
03 Fevral
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir
03 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Mən son on ildə Prezident Əliyevdən çox şey öyrənmişəm…"01 Fevral 2023

İran terrora son qoymalıdır29 Yanvar 2023

Sadiq dost, əsl tərəfdaş27 Yanvar 2023

İlham Əliyevin sülh gündəliyi25 Yanvar 2023

Azərbaycanın nailiyyətləri daha böyük inkişafın başlanğıcıdır24 Yanvar 2023

Qisas qiyamətə qalmadı20 Yanvar 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!