20 Sentyabr 2022 15:37
535
PARLAMENT
A- A+

Parlamentin Səhiyyə komitəsinin iclasında üç məsələ müzakirə olunub

 

Sentyabrın 20-də Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov 2022-ci ilin payız sessiyasında deputatlara uğurlar diləyib.

Əhliman Əmiraslanov Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi son təxribatlardan söz açaraq döyüş toqquşmalarında şəhid olan qəhrəman hərbçilərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb. İclas iştirakçıları şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra komitə sədri iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.

İlk olaraq müzakirəyə Milli Məclisin 2022-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Komitə sədri bildirib ki, hesabat müddətində komitənin 13 iclası keçirilib, həmin iclaslarda 14 məsələyə baxılıb. Əhliman Əmiraslanov baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul olunan qanunların əhəmiyyətindən danışıb.

Bundan başqa, Səhiyyə komitəsi Əmək və sosial siyasət komitəsi ilə birgə “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusunda Şuşa şəhərində dinləmə keçirib.

Qeyd edilib ki, hesabat dövründə komitəyə daxil olan 150-yə yaxın ərizə və şikayətə baxılıb, müraciətlərdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, həmçinin komitənin sədri tərəfindən 53 nəfər vətəndaş qəbul edilib.

Gündəliyin ikinci məsələsi olan Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı ilə bağlı Əhliman Əmiraslanov bildirib ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

Həmçinin “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, “Koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Tibbi tullantıların idarə edilməsi”, dərman preparatları mövzularında dinləmələrin keçirilməsi planlaşdırılıb.

Komitə sədri gündəliyin üçüncü məsələsinin Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu və komitənin layihənin “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikləri müzakirə edəcəyini bildirib.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihə ilə bağlı məlumat verib.

Adil Vəliyev sənədin Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2021-ci il 3 dekabr tarixli Qanuna uyğun hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, layihədə əsasən, iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) və Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub. Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4 faizi miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri İlham Məmmədov, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Kəmaləddin Qafarov gündəlikdəki məsələlərlə bağlı çıxış ediblər. Deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı öz fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər. Komitə üzvləri şəhid ailələri və qazilərə tibb xidmətlərinin göstərilməsinin, ailə həkimi və digər sahələrin qanunla tənzimlənməsinin və “Əhalinin sağlamlığı haqqında” Qanunun ekspertizasının aktuallığını da dilə gətiriblər.

Milli Məclisin 2022-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, komitənin 2022-ci il payız sessiyası üçün iş planını təsdiqlənib və gündəlikdəki qanun layihəsini birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputat Anatoliy Rafailov, Müşfiq Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video