19 Sentyabr 2023 23:20
297
PARLAMENT
A- A+

Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib

 

Sentyabrın 19-da Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanovun təklifi ilə bu gün erməni terrorçularının törətdikləri növbəti terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin - Milli Məclisin 2023-cü il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının daxil edildiyini bildirib.

Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, hesabat müddətində komitənin 10 iclası keçirilib, həmin iclaslarda 20 məsələ müzakirə edilib. Komitə sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul olunan qanunların əhəmiyyətindən, xüsusən “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun tətbiqi sayəsində bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.

Hesabat dövründə komitəyə daxil olan müraciətlərdən bəhs edən Əhliman Əmiraslanov sayı 300-ə yaxın olan bu ərizə və şikayətlərdə, həmçinin vətəndaşlar və seçicilərlə keçirilən görüşlərdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Gündəliyin ikinci məsələsi olan Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planı ilə bağlı Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub. Həmçinin “Tibbi tullantıların idarə edilməsi”, “Qanunvericilik aspektində ailə sağlamlığı və dəyərləri” (Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə) və “Autizmin tibbi-sosial aspektləri və sosial-müdafiə tədbirləri” (Əmək və sosial siyasət komitəsi ilə birgə) mövzularında 3 dinləmənin keçirilməsi planlaşdırılıb.

Müzakirələrdə Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Kəmaləddin Qafarov, Kamilə Əliyeva, Soltan Məmmədov, Müşfiq Məmmədli və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər. Deputatlar ötən dövrdə komitənin məhsuldar fəaliyyət göstərdiyini söyləyiblər, qarşıdakı sessiya üçün iş planı ilə bağlı təkliflərini səsləndiriblər. Onlar, həmçinin səhiyyə sahəsinin bəzi aktual məsələlərinə dair qeydlərini də diqqətə çatdırıblar.

Komitə üzvləri Milli Məclisin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planını təsdiqləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video