01 Iyul 2022 23:35
521
PARLAMENT

Milli Məclisin sədri: Azərbaycan və Nepal parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi vacibdir 

 

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Nepal Nümayəndələr Palatasının sədri Agni Prasad Sapkota ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nepal Nümayəndələr Palatasının sədrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında Azərbaycan Prezidenti İlham Əliyevin dünyada baş verən proseslərdə Qoşulmama Hərəkatının rolu və bir çox aktual məsələlər barədə səsləndirdiyi fikirlər təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qarşılıqlı əlaqələrin inkişafında parlamentlərin özünəməxsus rolundan danışan Milli Məclisin sədri iki ölkə arasında parlamentlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq, hazırda işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, sabah qonaqlar Şuşaya səfər zamanı işğaldan azad edilmiş ərazilərdəki dağıntıları və Azərbaycanın apardığı tikinti-quruculuq işlərini öz gözləri ilə görəcəklər. Söhbət zamanı spiker tezliklə Ermənistanla sülh müqaviləsi imzalanacağına inamını bildirib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Nepal Nümayəndələr Palatasının sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının və burada müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bu tədbiri yüksək səviyyədə təşkil etməsinə görə minnətdarlığını ifadə edib. Qonaq tədbirdə Prezident İlham Əliyevin iştirakını və çıxışını yüksək qiymətləndirib.

Agni Prasad Sapkota diqqətə çatdırıb ki, Nepal Azərbaycanla bir sıra sahələrdə, o cümlədən parlamentlər arasında əlaqələri genişləndirməkdə maraqlıdır. Ona görə də qarşılıqlı səfərlərin sayının artırılması təcrübə və informasiya mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüşdə digər məsələlər də müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video