Milli Məclisin Regional məsələlər komitəsi yaz və növbədənkənar sessiyalar dövründə görülən işlərin hesabatını verdi
Sentyabrın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclasın gündəliyinə çıxarılan ilk məsələ "Milli Məclisin 2013-cü ilin yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə hesabat" oldu.
Hesabat barədə komitə sədri Arif Rəhimzadə ətraflı məlumat verdi. O, qeyd etdi ki, Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 6 iclası keçirilib və 14 məsələ müzakirə olunub ki, bunların da 11-i qanun layihəsidir. Sessiya müddətində qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olan qanun layihələrinin hamısı Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib: "Komitənin ünvanına daxil olan 200 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb. Onlardan 99-u araşdırılması üçün lazımi təşkilatlara göndərilib. Komitə üzvləri tərəfindən isə 512 nəfər vətəndaş qəbul edilibdir". A.Rəhimzadənin sözlərinə görə, komitənin üzvləri AŞ PA, ATƏT PA, MDB PA, TürkPA-nın sessiyalarında və digər beynəlxalq tədbirlərdə fəal iştirak ediblər. Onlar bu tədbirlər çərçivəsində ölkəmizin mövqeyinin dəstəklənməsi, müdafiə edilməsi məqsədilə əsaslı fikirlər irəli sürüblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində də xeyli iş görülübdür.
Hesabatda o da bildirilir ki, respublikamızda yaradılmış möhkəm hüquqi baza, qanunlara edilən əlavə və dəyişikliklər, həyata keçirilən islahatlar son illər ölkə bələdiyyələrinin fəaliyyətinə öz müsbət təsirini göstərib. Buna baxmayaraq, bu gün dünyanın qabaqcıl bələdiyyə institutlarının, yerli özünüidarəetmə orqanlarının iş təcrübəsini öyrənmək və onu Azərbaycan bələdiyyələrinə tətbiq etmək diqqət mərkəzində saxlanılır.
Hesabat dinlənildikdən sonra müzakirə edildi və təsdiq olundu.
İclasda 2013-cü il payız sessiyasında komitənin görəcəyi işlərin planı da təsdiqləndi. Qeyd edək ki, planda hazırlanması və müzakirəsi nəzərdə tutulan 4 qanun layihəsi və 5 tədbir nəzərdə tutulub.
İclasın gündəliyinə çıxarılan iki eyniadlı qanun layihəsi də iştirakçılara təqdim edildi. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" qanun layihələrindən biri Masallı rayonuna, digəri isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuna şamil olunur.
Hər iki qanun layihəsinə komitənin növbəti iclasında baxılacaqdır.
Elgün MƏNSİMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Əbədiləşən sənətkar ömrü
20 Aprel
Mədəniyyət paytaxtımız, qəhrəmanlıq zirvəmiz
20 Aprel
Kapital sabitlik və sakitlik sevir
20 Aprel
"Yaşıl enerji": günəşimiz və küləyimiz kara gəlir
20 Aprel
"Dar boğazlar" açıldıqca yükdaşımalar da artacaq
20 Aprel
Qarabağ münaqişəsi artıq keçmişdə qalıb
20 Aprel
Rusiyadakı erməni təbliğatçılarının iflası
20 Aprel
Azərbaycan Fransanın neoimperial siyasətini iflasa uğradır
20 Aprel
ABŞ niyə narahatdır
20 Aprel
Makron hökumətinin sərsəm qərarlarının nəticəsi
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!