Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib
Yanvarın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyə payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və bir qanun layihəsinin daxil edildiyini deyib.
Sonra Ziyafət Əsgərov 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə 21 iclas keçirilib, 8 məsələyə baxılıb. Belə ki, ötən sessiyada komitədə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə” və bir sıra digər qanun layihələri müzakirə olunub. Komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin komitələrin birgə iclaslarında müzakirələri zamanı fəal iştirak ediblər. Komitə tərəfindən Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin 1-ci ildönümünə həsr olunmuş bir sıra konfranslar, həmçinin Vətən müharibəsi qaziləri, hərbçilərlə görüşlər də təşkil olunub. Ziyafət Əsgərov komitə üzvlərinin ölkədə və dünyada baş verən proseslərə operativ münasibət bildirdiklərini, kütləvi informasiya vasitələrində fəal olduqlarını xüsusi qeyd edib.
Hesabatla bağlı çıxış edən komitə sədrinin müavini Hikmət Məmmədov və komitə üzvü Elman Məmmədov bildiriblər ki, ötən müddət komitə üçün məhsuldar olub. Sessiya ərzində deputatlar qanunvericilik fəaliyyəti ilə yanaşı, ictimai fəallıq nümayiş etdiriblər, mətbuatda müdafiə və təhlükəsizlik məsələlərinə dair şərhlər veriblər. Deputatlar çıxışlarında, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq işlərini təqdir ediblər, hal-hazırda da bu ərazilərdə abadlaşdırmanın uğurla davam etdiyini söyləyiblər.
Komitənin 2021-ci ilin payız sessiyasının hesabatı məqbul hesab edilib.
2022-ci ilin yaz sessiyası üçün komitənin iş planını təqdim edən Ziyafət Əsgərov diqqətə çatdırıb ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub. İş planına “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyini deyən komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini bildirib.
Komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.
Daha sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Bildirilib ki, qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.
Komitə üzvləri Elman Məmmədov və Arzu Nağıyev layihə barədə fikirlərini söyləyiblər, dəyişikliyin ordunun modernləşdirilməsi baxımından vacibliyini qeyd ediblər.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Aqil Abbas, Əminə Ağazadə, Oqtay Əsədov, Nurlan Həsənov, Elşad Mirbəşir oğlu, Aydın Mirzəzadə və Bəxtiyar Sadıqov iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ölkə ərazisindən siklonun keçməsi ilə əlaqədar yağan intensiv leysan yağışlar nəticəsində çaylarda s...
27 May
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən
27 May
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən
27 May
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 747 doza vaksin vurulub
27 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
27 May
Daxili terrorizmi hədəf alan qanun layihəsi Senatda qəbul edilməyib
27 May
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən
27 May
Prezident İlham Əliyev: Postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu s...
27 May
Dohanın mərkəzindəki qüllədə Müstəqillik Günü münasibətilə Azərbaycanın rəmzləri işıqlandırılıb VİDE...
27 May
Prezident: Biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir, bu reallığı hər kəs qəbul etməli...
27 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!