24 Yanvar 2022 16:55
752
PARLAMENT
A- A+

Milli Məclisin Mədəniyyət komitəsi 2022-ci ildə ilk iclasını keçirib

 

Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən iclası açan komitə sədrinin müavini Fazil Mustafa gündəlik barədə məlumat verib.

Sonra komitədə 2021-ci ilin payız sessiyasında görülən işlərin hesabatı təqdim edilib. Fazil Mustafa diqqətə çatdırıb ki, ötən müddətdə komitənin 14 iclası keçirilib, 21 məsələyə baxılıb, 6 qanun layihəsi, o cümlədən bir sıra qanunlara dəyişiklik və əlavələrin edilməsi barədə məsələlər müzakirə olunub. Qeyd olunub ki, komitə üzvləri, həmçinin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” və “Turizm haqqında” qanun layihələri ilə bağlı müzakirələrdə iştirak ediblər, qeyd və təkliflərini bildiriblər.

Diqqətə çatdırılıb ki, payız sessiyası ərzində komitənin ünvanına 1012 müraciət daxil olub. Müraciətlər baxıldıqdan sonra lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Daha sonra iclasda komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı barədə məlumat verilib. Komitə sədrinin müavini bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Plana əsasən, parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, komitə üzvləri tərəfindən vətəndaşların qəbulu, daxil olan müraciətlərlə iş, 2022-ci ilin yaz sessiyası dövründə komitənin fəaliyyətinə dair hesabatın hazırlanması ilə bağlı müddəalar da iş planında öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən deputatlar Sabir Rüstəmxanlı və Novruzəli Aslanov payız sessiyasında komitə sədrinin və üzvlərinin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, yaz sessiyasının iş planı barədə fikir və təkliflərini səsləndiriblər.

Tədbirdə Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri Ülviyyə Ağayeva, Nizami Cəfərov, Əziz Ələkbərov, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Mixail Zabelin iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video