20 Iyun 2022 19:32
771
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclasında sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsili və onların cəmiyyətə inteqrasiyası imkanlarından danışılıb

 

İyunun 20-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra Bəxtiyar Əliyev qanun layihəsinin komitənin profilinə uyğun baxılacaq 3-cü, 10-cu, 11-ci və 12-ci maddələri barədə məlumat verib. Komitə sədri bildirib ki, bu maddələrdə təhsillə bağlı qanunlara təklif olunan dəyişikliklər, əsasən termin dəqiqləşdirilməsi ilə bağlıdır və texniki xarakter daşıyır. Belə ki, dəyişikliklərdə “nitq qüsuru”, “kar”, “kor”, “əqli cəhətdən geri qalanlar” kimi anlayışların müvafiq olaraq “nitq pozuntusu”, “eşitmə qabiliyyəti tam məhdud olanlar”, “görmə qabiliyyəti tam məhdud olanlar”, “əqli geriliyi olanlar” sözləri ilə əvəzlənməsi təklif edilib.

Azərbaycanda həyata keçirilən sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, yaradılan qanunvericilik bazasından söhbət açan komitə sədri müzakirəyə çıxarılan qanun layihəsinin əlilliyi olan şəxslərin hüquqlarının, xüsusən onların təhsil hüquqlarının müdafiəsinə yönəldiyini bildirib. B.Əliyev termin dəyişikliyinin sağlamlığı məhdud olan vətəndaşların şəxsiyyətinə toxunacaq və onların cəmiyyətə inteqrasiyasına maneçilik törədə biləcək anlayışlardan, müraciətlərdən və münasibətlərdən uzaqlaşmaq, onların inklüziv təhsilə və cəmiyyətə inteqrasiyası üçün maneəsiz mühit yaratmaq baxımından əhəmiyyətini vurğulayıb.

Qanun layihəsinin müzakirəsində Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Eldar Quliyev, İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Etibar Əliyev, Kamilə Əliyeva, Pərvin Kərimzadə, Anar İsgəndərov, Müşfiq Məmmədli çıxış ediblər. Deputatlar qanun layihəsini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, şəxsiyyətlərinin inkişafı və təhsilin bütün mərhələlərində təhsilə cəlb olunmaları baxımından əhəmiyyətini qeyd ediblər, dəyişikliklərlə bağlı təkliflərini və fikirlərini səsləndiriblər.

Müzakirələrin sonunda deputatlar qanun layihəsini baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Tamam Cəfərova, Afət Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video