Milli Məclisin deputatlarının iştirakı ilə Təhsil Tələbə Krediti Fondunun hesabat-təqdimatı keçirilib
Sentyabrın 12-də Milli Məclisin deputatlarının iştirakı ilə Təhsil Tələbə Krediti Fondunun 2021/2022-ci tədris ilinin yekununa dair hesabat-təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev ölkəmizdə təhsilin inkişafına dövlət qayğısının bariz nümunəsi olan Təhsil Tələbə Kredit Fondunun fəaliyyət göstərdiyi bir il ərzində 2021/2022-ci tədris ili üzrə təhsil tələbə kreditlərinə dair hesabat təqdim edib, Fondun fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə məlumat verib.
Bildirilib ki, tədris ili ərzində təhsil tələbə krediti üçün Fonda 10597 müraciət daxil olub, 6815 tələbəyə təhsil tələbə krediti ayrılıb, bunlardan 2482 sosial, 4333 standart təhsil tələbə kreditinin payına düşüb. Fondun İdarə Heyətinin sədri ən çox rəsmiləşmə aparılmış iqtisadi regionlar, təhsil müəssisələri və ixtisaslar üzrə statistik məlumatları görüş iştirakçılarının diqqətinə çatdırıb.
Təhsil tələbə kreditlərinə müraciətlərin daha da asanlaşdırılması üçün son dövrlərdə görülən işlər barədə deputatlara məlumat verilib. Bildirilib ki, tətbiq olunmuş yeniliklərə əsasən, təhsil tələbə krediti almaq istəyən tələbələr öz ərizələrini notariat ofisinə getmədən, “Mobil notariat” tətbiqi vasitəsilə təsdiqlədə bilərlər. Fondun Himayəçilik Şurasına tələbələrin standart təhsil krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddinin 300-dən 250-yə salınması təklif edilib və bu təklifi Himayəçilik Şurası tərəfindən qəbul edilib. A.Paşayev burada məqsədin təhsil kreditini daha əlçatan etmək olduğunu qeyd edib.
Görüş çərçivəsində deputatlar tərəfindən Fondun yaratdığı imkanlardan daha çox tələbənin yararlanmasını təmin etmək üçün bir sıra rəy və təkliflər səsləndirilib, təhsil tələbə krediti üçün müraciət edən tələbələri ən çox maraqlandıran suallar müzakirə edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!