Milli Məclisin 2021-ci ilin payız sessiyası başa çatıb
Dekabrın 30-da keçirilən iclasla Milli Məclisin 2021-ci ilin payız sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, sessiya dövründə görülmüş işlər haqqında qısa məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasında parlamentin 16 iclasının keçirildiyini, 91 qanunun qəbul edildiyini və 74 qanunda dəyişiklik olunduğunu bildirib.
Qeyd edib ki, Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri işlər həyata keçirilib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin xətti ilə 14 xarici ölkədə Zəfər Günü və şəhidlərimizin Anım Günü ilə bağlı tədbirlər təşkil edilib, 82 ölkənin parlamentinə məktub ünvanlanıb.
Həmçinin Milli Məclisin sədrinin iştirakı ilə 15 xarici ölkəyə rəsmi və işgüzar səfərlər təşkil olunub.
Azərbaycan, Türkiyə və Pakistan arasında sarsılmaz dostluğu və əməkdaşlığı əks etdirən Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayan Sahibə Qafarova hər üç parlament nümayəndə heyətinin Şuşaya səfərindən danışıb.
Parlamentin sədri Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Sonra Milli Məclisin sədri 2021-ci ilin payız sessiyasını bağlı elan edib.
Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu ünvanlanıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Avqustun 10-da Azərbaycanda COVID-19 əleyhinə 1829 doza vaksin vurulub
10 Avqust
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 534 yoluxma faktı qeydə alınıb
10 Avqust
Prezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib
10 Avqust
Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan problemin aradan qaldırıl...
10 Avqust
Mütəxəssis: Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər
10 Avqust
Qadın güləşçimiz V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb
10 Avqust
Azərbaycanın iki güləşçisi V İslamiadanın finalına yüksəlibHeydər Əliyev Fondunun vitse-prezidenti...
10 Avqust
Solt-Leyk-Siti şəhərində “Şuşa İli”nə həsr olunmuş Azərbaycan guşəsi təqdim edilib
10 Avqust
Azərbaycanla Əlcəzair arasında əməkdaşlıq münasibətləri müzakirə olunub
10 Avqust
Bakıda "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlü...
10 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!