20 May 2022 18:35
647
PARLAMENT
A- A+

Milli Məclisdə multikultural perspektivlərə dair beynəlxalq konfransın iştirakçıları ilə görüş olub

Mayın 20-də Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli G20 Dinlərarası Forumun regional hazırlıq iclası çərçivəsində Bakıda keçirilən “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda beynəlxalq konfransın iştirakçılarının bir qismi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən komitə sədri ölkəmizin keçdiyi sürətli inkişaf yolu, müstəqillik illərində qazandığı nailiyyətlər barədə danışıb. Dinlərarası dialoqun əhəmiyyətini qeyd edən Fəzail İbrahimli qonaqlara Azərbaycanın öz ərazilərini 44 günlük Vətən müharibəsi nəticəsində bərpa etməsi, işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli quruculuq işləri, ölkəmizdə bərqərar edilmiş sabitlik və tolerantlıq mühiti barədə danışıb. O bildirib ki, Azərbaycan bütün qonşuları ilə əlaqələrinin yüksək səviyyədə olmasını istəyir.

Dünyada hökm sürən ikili standartlardan danışan Milli Məclisin sədr müavini dindən dünyada siyasi alət kimi istifadə edilməsindən, bununla da insanların üz-üzə qoyulmasından narahatlığını ifadə edib.

Milli Məclis sədrinin müavini qonaqların təmsil etdikləri təşkilatlarda Azərbaycan reallıqlarını, burada gördükləri həqiqətləri obyektiv olaraq çatdıracaqlarına inamını ifadə edib.

Görüşdə çıxış edən ABŞ-ın Stirlinq Fondunun prezidenti Ed Rou, Pakistan, Yunanıstan, Xorvatiya və digər ölkələrin nümayəndələri G20 Dinlərarası Forum platformasında görülən işlərdən, qarşıda dayanan vəzifələrdən və Azərbaycan barədə təəssüratlarından danışıblar. Qonaqlar Azərbaycana bundan sonra da sülh və sabitlik arzularını ifadə ediblər.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri Sahib Alıyev, Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Malik Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video