27 May 2022 19:43
647
PARLAMENT
A- A+

Milli Məclisdə “Ələt azad iqtisadi zonası haqqında” qanununa dəyişikliklər birinci oxunuşda təsdiqlənib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə əsasən “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklərlə bağlı layihəni birinci oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin mayın 27-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişik azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradacaq və eyni zamanda, yerli sahibkarların rəqabət qabiliyyətinin artırılmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcək.

Belə ki, bir neçə dəyişiklikləri özündə ehtiva edən qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir. Bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən olunan hallarda və azad zonada fəaliyyət göstərən azad zona hüquqi şəxslərinin bütün vergilərdən azad olmasıdır. Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azadolma istisnası tətbiq edir. Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar.

Bundan əlavə, əsas iqtisadiyyatdan azad zonaya və azad zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların və xidmətlərin idxalına və ixracına bərabər tutulacaq. Bu da öz növbəsində əsas iqtisadiyyat subyektlərinə mal və xidmət təqdim edərkən digər ölkə subyektləri ilə rəqabət apara bilməsi üçün effektiv şərait yaradacaq. Qanun layihəsində əks olunan yeniliklərdən biri də, azad zona işçilərinin gəlirindən vergitutmanın daxili qaydalarla müəyyən edilməsidir.

Azad zonada gömrük işinin səmərəliliyinin artırılması məqsədilə qanun layihəsində bir neçə dəyişikliklər nəzərə çarpır. Belə ki, azad zona hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara görə gömrük rəsmiləşdirilməsi üçün ödənişdən başqa heç bir rüsum və vergi tətbiq edilməyəcək. Azad zonada tətbiq edilən gömrük qanunvericiliyinə, nəzərdə tutulan hallarda əsas iqtisadiyyat qanunvericiliyi də tətbiq oluna bilər. Gömrük işinin təşkili zamanı rəsmiləşdirilməyə və nişanlanmaya nəqliyyat vasitələri də əlavə olunur.

Qanun layihəsində azad zonanın fəaliyyətinin effektivliyinin artırılması, mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə tətbiqi nəzərdə tutulan digər dəyişikliklər bunlardır: Azad zona rezidenti və əsas iqtisadiyyatın vergi ödəyicisi anlayışının dəqiqləşdirilməsi, cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin azad zonada tətbiq edilməsi, azad zona səlahiyyətli qurumunun fəaliyyətinin effektivliyinin artırılmasının təmin edilməsi üçün öz adından hüquqlar, əmlak əldə etmək, öhdəliklər götürmək və ona dair sərəncam vermək hüquqlarının əlavə edilməsi, azad zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiqi nəzərdə tutan yeni maddənin əlavə olunması, azad zonaya investisiya qoymaq və azad zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək, xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilməsi və yalnız azad zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün bu hüququn saxlanılması.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video