03 Oktyabr 2022 20:14
366
CƏMİYYƏT
A- A+

Milli Məclis sədrinin müavini şəhidlərin anım tədbirlərində iştirak edib

 

Milli Məclis sədrinin müavini Adil Əliyev oktyabrın 2-də Vətən müharibəsi şəhidləri Vüqar Babayevin, Elşad Həsənovun, Həsənağa Abdullazadənin və Oruc Vəliyevin anım mərasimlərində və şəhid Muxtar Qasımlının xatirəsinə həsr edilmiş idman zalının açılışında olub, şəhid Oruc Vəliyevin ailəsini ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, anım mərasimlərində Adil Əliyev və mərasim iştirakçıları II Fəxri xiyabanda Vətən müharibəsi şəhidləri Vüqar Babayevin, mayor Elşad Həsənovun və baş leytenant Həsənağa Abdullazadənin məzarlarını ziyarət ediblər, qəbirləri üzərinə gül-çiçək dəstələri düzüblər, xatirələrini hörmətlə anıblar. Mərasim iştirakçıları şəhidlərimizin vətənpərvərliyindən, şanlı döyüş yolundan, göstərdikləri igidliklərdən söz açıblar.

Tədbirlərdə Adil Əliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfərindən, bu Zəfərin əldə olunması üçün canlarını fəda etmiş şəhidlərin Vətən torpağının azadlığı uğrunda göstərdikləri şücaətlərindən danışıb, onların fədakarlıqları və qəhrəmanlıqları nəticəsində tarixi torpaqlarımızın düşmən işğalından azad edildiyini bildirib. Qeyd edib ki, bu gün şəhidlərimizin ruhları şaddır, çünki şanlı üçrəngli bayrağımız Vətən göylərində qürurla dalğalanır, Azərbaycan Ordusu düşmənin istənilən hücumunun qarşısını almağa tam qadirdir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə böyük abadlıq və quruculuq işləri aparılır, xalqımız öz doğma yurd-yuvalarına qovuşur.

Sonra Adil Əliyev Suraxanı rayon Qaraçuxur qəsəbəsində şəhid Muxtar Qasımlının xatirəsinə həsr edilmiş idman zalının açılışında iştirak edib. Tədbirdə Milli Məclis sədrinin müavini Azərbaycan gəncliyinin Vətən müharibəsində üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldiyini qeyd edib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin, onların irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra Abşeron rayonunun Fatmayi kəndində şəhid Oruc Vəliyevin ailəsini ziyarət edən Milli Məclis sədrinin müavini şəhid ailələrinin, qazilərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu qeyd edib, şəhid ailələrinə və qazilərə yüksək diqqət və ehtiramın hər kəsin borcu olduğunu bildirib.

Tədbirlərdə şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video