24 Noyabr 2022 18:57
316
İDMAN
A- A+

Milli Məclis sədrinin müavini: Ağacan Abiyevin Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri var

 

Ağacan Abiyevin Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri var. İdmanın, xüsusilə boksun ölkəmizdə inkişafı, kütləviləşməsi, bu idman növü üzrə əldə edilən nailiyyətlərdə onun xidmətləri danılmazdır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağacan Abiyevin 85 illik yubileyi mərasimindən sonra Milli Məclis sədrinin müavini Adil Əliyev deyib. O qeyd edib ki, 85 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş A.Abiyev uzun müddət Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru kimi çoxşaxəli fəaliyyətlə məşğul olub, Azərbaycanda Olimpiya hərəkatının təbliğində və inkişafında mühüm rol oynayıb.

Milli Məclis sədrinin müavini Ağacan Abiyevin fəaliyyətinin dövlətimiz tərəfindən qiymətləndirildiyini bildirib: “Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan Ağacan Abiyev “Şöhrət” və “Şərəf”, eləcə də 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video