05 Aprel 2022 17:21
1081
PARLAMENT
A- A+

Milli Məclis “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib  

 

Milli Məclisin aprelin 5-də keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə məlumat verib.

Bildirilib ki, təqdim olunan sənəd Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.

İnvestisiyaların iqtisadiyyatda mühüm rol oynadığını deyən komitə sədri regionda investisiya cəlbediciliyi ilə seçilən ölkə kimi Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalarla bağlı göstəriciləri açıqlayıb. O, keçən dövr ərzində Azərbaycan iqtisadiyyatının struktur və məzmunca xeyli dəyişdiyini, yeni çağırışlar fonunda yeni tənzimləmələrin aktuallaşdığını qeyd edib. Bu cəhətdən müzakirəyə təqdim olunan layihənin əhəmiyyətini vurğulayıb, ümumi çərçivə xarakteri daşıdığını bildirib və sənədi iqtisadiyyatın strukturunun, biznes mühitinin təkmilləşməsi, investisiya cəlbediciliyinin artırılması baxımından irəliyə doğru atılmış mühüm bir addım kimi xarakterizə edib.

Sənəd səsvermədən sonra birinci oxunuşda qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video