Milli Məclis daim Türkiyənin haqlı mövqeyini dəstəkləyir
Fevralın 8-də Mill Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub. Milli Məclisin Sədri Oqtay Əsədov Baş Qərargah rəisi Nejdət Özəlin ölkəmizə səfərinin bu əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyini vurğulayıb.
Spiker Oqtay Əsədov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Türkiyə ilə qardaşlıq münasibətlərinin, eləcə də bütün sahələrdə əməkdaşlığın inkişafına çalışıb. Onun sözlərinə görə, iki ölkə arasında 170-dən artıq ikitərəfli sənəd ratifikasiya edilib. Eyni zamanda "Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə imzalanıb.
Oqtay Əsədov bildirib ki, 1992-ci ildən bugünədək Azərbaycandan 5000 hərbçi Türkiyədə yüksək səviyyədə təhsil alaraq geri qayıdıb. "Dahi liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" məşhur kəlamı onu göstərir ki, bizim aramızdakı münasibətlərə heç bir ölkə xələl gətrirə bilməz" - deyə Oqtay Əsədov vurğulayıb.
Sədr eyni zamanda Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanunu qəbul etməsini Azərbaycanda da ciddi narazılıqla qarşılandığını vurğulayıb. Oqtay Əsədov bildirib ki, Azərbaycan Milli Məclisi daim Türkiyənin yanında olub və bundan sonra da qardaş ölkəyə bu dəstək davam edəcək. Bu məsələdə həm Prezident İlham Əliyev, həm də Milli Məclis Azərbaycanın qəti mövqeyini bəyan edib. Oqtay Əsədov ümidvar olduğunu bildirib ki, Türkiyə və Azərbaycanın birgə səyi nəticəsində bu qanunun təsdiqlənməsinin qarşısı alınacaq.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəl iki ölkə arasında olan münasibətlərin getdikcə genişləndiyini diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycanın 1992-ci ildən bəri davam edən hərbi sahədəki əməkdaşlığını yüksək qiymətləndirən Nejdət Özəl bildirib ki, ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə ilə bağlı söylədikləri müdrik kəlamlar bizim üçün nəsihət hesab olunur. Buna görə də hər iki ölkə bu nəsihətləri gələcək nəsillərə çatdırmaq üçün birlik nümayiş etdirməlidirlər. Azərbaycanın problemi Türkiyənin problemidir deyən Nejdət Özəlin fikrincə, ölkələrimiz arasında münasibətlər daim yüksələn xətlə inkişaf etməli və daha da möhkəmlənməlidir.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Söz sahibi Azərbaycandır
22 May
Ağ Evdən Bakıya növbəti dostluq və əməkdaşlıq mesajı
22 May
Azərbaycanda təbii qaz hasilatı artıb
22 May
Müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığın təməlidir
22 May
Bütün yollar Ağdama gedir
22 May
Təbiətlə yaşayanlar
22 May
Küçələr yuyuldu, ağaclar budandı, yeni gül kolları əkildi
22 May
İrəvanda polis zor tətbiq edir, etirazçılar isə silahlandırılır
22 May
Tütün həm can alır, həm də pul sovurur
21 May
Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir
21 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!