25 Iyun 2022 02:39
644
Elm və texnika
A- A+

"Microsoft Explorer" tarix oldu

 

İstifadəyə verildiyi vaxtdan 25 il sonra "Microsoft" şirkəti "Internet Explorer" brauzerinə dəstəyini rəsmi şəkildə dayandırıb. Bundan sonra "Windows" əməliyyat sistemində onun yerini tutacaq standart brauzer qismində "Microsoft Edge" çıxış edəcək.

Bu haqda məlumat şirkətin bloqunda yerləşdirilsə də, formal olaraq "Microsoft" ondan hələ 2016-cı ildə imtina etmişdi. Nəticədə "Internet Explorer" tədricən əməliyyat sisteminin komponentinə çevrilmiş, onun yüklənmə imkanı deaktiv edilmiş və ümumiyyətlə, yeni kompüterlərdə sistem daxilində gizlədilmişdi. 2016-cı ildən şirkət aktiv şəkildə "Microsoft Edge" brauzerini inkişaf etdirir.

Kompüterlərə quraşdırılmış "Internet Explorer" kopyaları müəyyən müddət istifadəçiləri "Edge"yə yönləndirəcəklər. Lakin növbəti sistem yenilənməsindən sonra artıq köhnəlmiş brauzerə giriş mümkün olmayacaq. Bununla belə, "Microsoft"dan bildiriblər ki, "Internet Explorer" "Windows 10"un LTSC versiyasında çalışmağa davam edəcək.

Qeyd etmək lazımdır ki, "Microsoft"un aktual brauzeri olan "Microsoft Edge" məşhurluq reytinqinə görə dünya üzrə üçüncü yeri tutur. Həmin reytinqdə birinci yeri "Google Chrome", ikinci yeri isə "Apple Safari" tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video