“Meta” kompaniyası dünyanın ən sürətli superkompüterini hazırlayır
Feysbuk sosial şəbəkəsinin sahibi “Meta Platforms Inc.” kompaniyasının mütəxəssisləri hazırladıqları superkompüterin dünyada ən sürətli olacağını iddia edirlər.
AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, ikiillik əməyin nəticəsi olan “AI Research SuperCluster” (RSC) superkompüterinin hazırlanması üzrə layihəyə “Nvidia Inc.” və “Pure Storage Inc.” tərəfdaş kompaniyalarının analitikləri də daxil olmaqla, yüzlərlə mütəxəssis cəlb edilib.
“Meta-kainatda lazım olacaq həllər böyük hesablama gücü tələb edir və RSC trilyonlarla nümunəni analiz edə, yüzlərlə dili başa düşə biləcək yeni süni intellekt modelləri hazırlamağa imkan verəcək”, - deyə kompaniyanın rəhbəri Mark Sukerberq bildirib.
Cari ilin yay aylarında tam hazır vəziyyətə gətiriləcək superkompüterin 16 minə yaxın qrafik prosessoru olacaq və o, dünyanın ən sürətli kompüterinə çevriləcək.
“Meta” mütəxəssisləri superkompüter vasitəsilə yüzlərcə dillə işləyə, mətnləri, şəkilləri və videoları eyni vaxtda təhlil edə biləcək süni intellekt modelləri hazırlamağı düşünürlər. Yeni texnologiya, həmçinin kompaniyaya zərərli kontenti asanlıqla tanımağa və insan kimi düşünən süni intellekt modelləri yaratmağa kömək edəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Baş Prokurorluq və Təhsil Nazirliyi internat məktəbində şagirdin ölməsinə dair birgə məlumat yayıb...
16 May
xBeynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ağdam rayonunda növbəti üç kəhrizi yerli...
16 May
Səttar Möhbalıyev: Azərbaycan-Türkiyə münasibətləri ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsidir...
16 May
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi Fransa Ravvinləri Konqresinə ev sahibliyi edir
16 May
İƏT Baş katibi Azərbaycanın təşkilatın fəaliyyətinə töhfəsini yüksək qiymətləndirib
16 May
“Azovstal” kombinatının ərazisindəki yaralı Ukrayna hərbçilərinin təxliyəsi barədə razılıq əldə olun...
16 May
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16 May
Mayın 16-da Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesi qeydə alınmayıb
16 May
Tvinninq layihəsi üzrə tərəfdaş ölkənin - Litvanın Baş prokuroru Bakıda səfərdədir
16 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınmayıb
16 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

Heydər Əliyevin arzuladığı Azərbaycan

Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunma...

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Q...

Hərbi qələbədən diplomatiya zəfərinə

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!