02 Dekabr 2022 01:08
316
İDMAN
A- A+

Messidən rekord və antirekord

 

Argentina millisinin kapitanı Lionel Messi həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib. O, "DÇ-2022"nin 3-cü turunda Polşa ilə keçirilən oyunda (2:0) meydana çıxmaqla bu rekordu qırıb. Həmin qarşılaşma Messinin dünya çempionatlarında 22-ci matçı olub. Maradonada isə bu göstərici 21-dir. Hər iki oyunçunun aktivində 8 qol var.
Bununla yanaşı, argentinalı futbolçu dünya çempionatlarının antirekorduna da şərik olub. Belə ki, 35 yaşlı ulduz mundiallarda 2 penalti qaçıran ikinci futbolçudur. O, "DÇ-2022"nin qrup mərhələsinin 3-cü turunun görüşündə Polşa komandasının qapısına təyin olunan 11 metrlik zərbədən yararlana bilməyib. Bu, Messinin ikinci belə uğursuzluğudur. Cənubi amerikalı 
"DÇ-2018"də də xətaya yol verib. Messi İslandiya ilə matçda penaltini boşa verib. Bununla da Messi Asamoa Qyana çatıb. Qana millisinin üzvü "DÇ-2006"da Çexiya, 4 il sonra Uruqvayın qapısına təyin olunan penaltini vura bilməyib. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video