22 Oktyabr 2021 00:16
1309
Oxucu məktubları
A- A+

Məqsədyönlü tədbirlər həyata keçirilmişdir

 

Sizin oxucu məktubunda işıqlandırılmış məsələnin həlli ilə bağlı məktubunuza Bakı Nəqliyyat Agentliyində aidiyyəti üzrə baxılmışdır.

Qəzetinizin 12 sentyabr 2021-ci il tarixli sayında dərc edilmiş “Bakıda strateji yolayrıcının altı “avtovağzal”a çevrilib, dinən yoxdur” sərlövhəli yazıda toxunulmuş məsələnin həlli ilə əlaqədar agentliyin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, əməkdaşlar tərəfindən adıçəkilən yol sahəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirləri görülmüş və ərazi avtomobillərdən təmizlənmişdir. Ərazidə dayanaraq respublikanın müxtəlif bölgələrinə sərnişinlərin yığımı ilə məşğul olan sürücülərlə profilaktik xarakterli söhbət aparılmış, bu kimi hərəkətlərin yolverilməzliyi barədə xəbərdar edilmişlər.

Bildiririk ki, problemin həlli istiqamətində tədbirlərin görülməsi nəzarətə götürülmüşdür.

 

Sehmur QULİYEV,

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video