Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov “Change Tv” kanalında aparıcı Aribel Kontrerasın “Eco Internacional” verilişinə ölkəmizin enerji təhlükəsizliyində mühüm rolu və COP29-a ev sahibliyi mövzusunda müsahibə verib.
AZƏRTAC xəbər verir ki, diplomat əvvəlcə tamaşaçıları müsəlman şərqində ilk demokratik respublika, Şərqdə ilk dəfə qadınlara bərabər hüquqlar verən Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə məlumatlandırıb.
Ölkəmizin zəngin müstəqillik tarixinə toxunan səfir xalqımızın və ölkəmizin üzləşdiyi çətinliklərdən və çağırışlardan da söz açıb. Bu xüsusda, Azərbaycanın çətin vaxtlarında hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasındakı misilsiz xidmətlərindən danışıb, bununla Azərbaycanın müstəqillik tarixində yeni bir dövrün başladığını bildirib.
Müsahibəsində ölkəmizin beynəlxalq arenada artan roluna toxunan diplomat son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, beynəlxalq təşkilatlar çərçivəsində aktiv fəaliyyətindən bəhs edib. Bu xüsusda, Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzv seçildiyini, təşkilatın canlandırılması istiqamətində çoxsaylı təşəbbüslər irəli sürdüyünü, ötən müddət ərzində 1-ci Avropa Oyunlarına , IV İslam Həmrəyliyi Oyunlarına, bu il isə Formula 1 Azərbaycan Qran – Prisi kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini, habelə dünyada ən vacib qlobal problemlərdən biri olan iqlim dəyişikliyi mövzusuna həsr olunmuş COP29 tədbirinin Azərbaycanda keçiriləcək mühüm tədbirlərdən olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın ev sahibliyinin ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədəki mühüm rolunun bariz nümunəsi olduğunu vurğulayıb. Habelə, COP29-a hazırlıq prosesi, ölkəmiz tərəfindən atılan mühüm addımlar barədə izləyiciləri məlumatlandırıb.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin vacib təminatçısı kimi rolu barədə aparıcının sualını cavablandıran diplomat Azərbaycanın neft və qaz strategiyası istiqamətində atdığı mühüm addımlardan danışaraq mühüm infrastruktur rolunu oynayan dünya miqyaslı layihələr olan boru kəmərləri, habelə ölkəmizin neft və qaz gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəldən iqtisadi şaxələndirmə strategiyası barədə ətraflı məlumat verib.
Müsahibədə həmçinin, Ermənistan-Azərbaycan normallaşma prosesi barədə aparıcının sualını cavablandıran diplomat 30 illik işğalın başa çatdığını, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparıldığını, qaçqınların öz yurdlarına qaytarılması üçün “Böyük Qayıdış” proqramının icrasının reallaşdırıldığını, bu gün iki ölkə arasında sülh sazişinin razılaşdırılması istiqamətində, regionda daimi sülhün əldə edilməsi üçün mühüm addımlar atıldığını, Ermənistan tərəfindən ölkənin normativ hüquqi bazasından Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirmişdir.
Sonda Azərbaycan-Meksika münasibətlərinə toxunan M.Talıbov iki ölkə arasında turizm, mədəniyyət, təhsil, iqtisadiyyat və bir çox digər sahələr üzrə əməkdaşlıq imkanlarından bəhs edib, bu xüsusda əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Müsahibə ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür:
Kşaba Korosi: COP29-la bağlı Azərbaycanla işləməkdən məmnunam
Azərbaycan Könüllüləri şəhidlərimizin əziz xatirəsini yad ediblər
Meksika televiziyasında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib
COP29 Beynəlxalq Məşvərət Komitəsinin növbəti iclası keçirilib
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkında olublar
Xidmətin bölmə rəisi və sabiq şöbə rəisi həbs olunub
Ölkəmizdəki dini konfessiyaların nümayəndələri Anım Gününü qeyd ediblər
Xocavəndlilər Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər
XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Ağdamda
Prezidentin köməkçisi Hikmət Hacıyev İtaliya qəzetinə müsahibəsində Ermənistanla sülh prosesindən danışıb
DSX şəhidlərin xatirəsini silsilə tədbirlərlə qeyd edib
Qeyri-adi qulaqcıq
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib
“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib
Gənclər və İdman Nazirliyinin kollektivi II Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhidlərin xatirəsini anıb
Ombudsman Aparatının kollektivi Zəfər parkında şəhidlərin əziz xatirəsini yad edib
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir
"Taxıl sazişi" yenidən müzakirə edilib
DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb
Suverenliyin gerçəkliyi22 Sentyabr 2024
Bizi taleyimizin sahibi edən böyük gün21 Sentyabr 2024
Xankəndi öz gününü bayram sevinci ilə yaşayır20 Sentyabr 2024
DÖVLƏT SUVERENLİYİ GÜNÜNÜZ MÜBARƏK, QALİB AZƏR BAYCANIN QÜRUR LU ÖVLADLARI!20 Sentyabr 2024
Azərbaycanı bütövləşdirən zəfər20 Sentyabr 2024
23 saat 43 dəqiqə...19 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!