26 Yanvar 2023 00:57
553
SİYASƏT
A- A+

Məkr və korrupsiya yuvası

 

Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı riyakar siyasətini nümayiş etdirdi

 

Müstəqil qərar qəbul etmək iqtidarını və normal fəaliyyət proqramını itirərək müxtəlif siyasi qrupların alətinə çevrilən Avropa Parlamentinin adı indi dünyada daha çox korrupsioner qurum kimi hallanır. Özünü insan haqları və demokratiyanın "keşikçi"si hesab edən bu korrupsioner qurumun fəaliyyətini siyasi təxribatlar törətməyə yönəltməsi də danılmaz faktdır. 
Elə yanvarın 18-də AP-nin erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı qəbul etdiyi növbəti riyakar qətnamə də bunu bir daha təsdiqləyir.  Ölkəmiz üçün heç bir siyasi və hüquqi dəyəri olmayan həmin kağız parçasında reallıqlardan tamam uzaq, böhtan mahiyyətli  anti-Azərbaycan xarakterli bəndlər, Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi,  Laçın yolunun "blokada"da olması kimi sərsəm iddialar yer alıb. Eyni zamanda çoxdan tarixin zibilliyində tolazlanmış "Madrid prinsipləri"nə istinadlar edilib.

 

İrqçi, islamofob, Azərbaycanofob və türkofob qurum

 

Gün kimi aydındır ki, erməni lobbisindən "böyük gözləntilər"i olan Avropa Parlamenti onların uydurduqları istənilən yalana həqiqət donu geyindirməyə, böhtanları ilə bağlı riyakar qətnamələr qəbul etməyə, bir sözlə, çaldıqları bütün havalara oynamağa ikiəlli razıdır. 
Ötən ay AP-nin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsi sözlərimizin həqiqət olduğunu bir daha təsdiq edir. Korrupsiya skandalları girdabında boğulan bu irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeli və ikili standartlı qurumun Azərbaycana qarşı hansısa ittihamlar səsləndirməyə, qətnamələr qəbul etməyə yumşaq desək, mənəvi haqqı çatmır. 
Ermənistanın ərazi bütövlüyündən dəm vuran "demokratik prinsipli" Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü heç yadına da  salmır. Bu ikili standartlı qurum Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal altında saxladığı 30 il müddətində də ölkəmizə qarşı laqeyd, biganə, etinasız mövqe sərgiləyib. Halbuki şovinist erməni milliyyətçilərinin işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız tarixi dədə-baba yurdlarından məcburən çıxarılmış, qaçqına, məcburi köçkünə çevrilmişdi. Bu müddət ərzində Qarabağı və Şərqi Zəngəzuru işğal altında saxlayan erməni vandalları həmin ərazilərdə daşı daş üstündə qoymayıblar, tarixi, dini, mədəni irsimizi yerləyeksan edib, bu yerlərdə "yanmış torpaq" siyasəti həyata keçiriblər. 
Amma Ermənistan tərəfindən törədilən bütün bu cinayətlərə reaksiya olaraq Avropa Parlamenti yalnız bir-iki qətnaməsinə növbətçi ifadələr daxil etməklə kifayətlənib. 

 

"Humanist" deputatların diqqətini çəkməyən erməni cinayətləri 

 

Hələ Birinci Qarabağ müharibəsindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən nəinki azərbaycanlı hərbçilərə, mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib. Ermənilər  Ballıqaya, Qaradağlı, Ağdaban və Xocalı qətliamlarının müəllifidirlər. Ermənistan silahlıları Birinci Qarabağ müharibəsi dövründə beynəlxalq hüquq normalarının və beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq mülki əhalini girov götürüb, olmazın işgəncələr verib, onları xüsusi amansızlıqla öldürüblər. Həmin insanların meyitlərini kütləvi məzarlıqlarda basdırıblar. Hələ də rəsmi İrəvan Birinci Qarabağ müharibəsi zamanı əsir və girov düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat vermir.
Vətən müharibəsi dövründə də Ermənistan Azərbaycana qarşı hərbi cinayətlər törədib. 2020-ci ilin oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədib.
İşğal altında saxladığı müddətdə torpaqlarımızı "mina tarlası"na çevirən Ermənistan insanları hədəf alan bu cinayət əməlindən hələ də vaz keçməyib. Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı partlayışların qurbanı olub. Eləcə də, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı onu göstərir ki, Ermənistan yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirir. 
44 günlük müharibədən sonra Ermənistan üçtərəfli Bəyanata zidd olaraq Laçın yolundan hərbi məqsədləri üçün istifadə edib, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ İqtisadi zonasına silah-sursat, mina daşıyaraq Azərbaycan ərazilərində  təxribatlar törədib. 
Nə sirrdirsə, Ermənistanın sadalanan bütün bu hərbi cinayət əməlləri Avropa Parlamentinin "humanist" deputatlarının diqqətini bircə dəfə də olsun çəkməyib. 
Bu gün Azərbaycanı erməniləri "blokada"da saxlamaqla suçlayan Avropa Parlamenti 30 ildir ki, blokadada olan Naxçıvanın və naxçıvanlıların talelərini heç vaxt düşünməyib. AP deputatlar da Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmamasına heç bir etiraz etmirlər.
Həmçinin canfəşanlıq edərək Azərbaycanı "qoşunlarını Ermənistan ərazisindən çıxarmağa" çağıran Avropa Parlamenti Ermənistanı öz ordusunun qalıqlarını Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən geri çəkilməyə çağırmır.
Qəribə paradoksdur, deyilmi?! 
Amma həm də Azərbaycana qarşı sərgilənən bu yanaşma elə Avropa Parlamentinin ikiüzlü siyasətinin əyani təzahürüdür.  

 

Siyasi təxribatlar törətməyə yönəlmiş bədnam fəaliyyət 

 

Ermənistanın özünün belə ölü "Madrid prinsipləri"nə istinad etməməsi fonunda Avropa Parlamentinin bədnam qətnaməsində sözügedən prinsiplərə istinad olunması Cənubi Qafqazla bağlı onun məkrli siyasətini açıb ortaya qoyur. 
Halbuki Ermənistan Praqa və Soçidə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Sözügedən görüşlər sayəsində regionda sülhə gəlmək üçün xeyli müsbət irəliləyişlər əldə olunub. Lakin Ermənistanın və bəzi xarici məkrli qüvvələrin səyləri nəticəsində barışa vurulan müəyyən zərbələr bölgədə vəziyyəti yenidən həssaslaşdırıb. Belə bir məqamda Avropa Parlamentinin Azərbaycana qarşı böhtan xarakterli qərəzli qətnamə qəbul etməsi, ölü "Madrid prinsipləri"nə istinad etməsi sülhə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır. 
O başqa məsələdir ki, qəbul etdiyi bu boş kağız parçası ilə AP Azərbaycanın iradəsinə təsir ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz.
Sadəcə olaraq bu qurum riyakar qətnaməsi ilə bir daha təkzibedilməz şəkildə sübut etmiş olur ki, regionda müsbət proseslərin, Ermənistanla Azərbaycan arasında normallaşmanın, bütövlükdə Cənubi Qafqazda sülhün əldə olunmasının deyil, problemlərin tərkib hissəsidir.  Bütün bu riyakar əməllər də korrupsioner Avropa Parlamentinin siyasi təxribatlar törətməyə yönəlmiş siyasətinə tam uyğun gəlir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video